TƏBİB Zəfər Qurultayına görə gücləndirilmiş iş rejiminə keçdi
TƏBİB Zəfər Qurultayına görə gücləndirilmiş iş rejiminə keçib.
Bu barədə KONKRET.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və 1000-dən çox qonağın iştirak etdiyi Dünya Azərbaycanlılarının V Qurultaynın iştirakçılarını zərurət yarandıqda tibbi xidmətlərlə təmin etmək üçün TƏBİB-in ərazi tibbi müəssisələri tədbir müddətində gücləndirilmiş iş rejimində çalışacaq. Hazırda Şuşa Modul Xəstəxanası 24 saat xidmət göstərməkdədir.
Eyni zamanda, tam təchiz olunmuş Təcili və Təxirəsalınmaz Yardım briqadaları (16 briqada) tədbirin keçirildiyi məkana, qonaqların yerləşdirildiyi mehmanxanalara və Füzuli Mərkəzi Xəstəxanasına cəlb olunub.
Tədbir iştirakçılarından "COVlD-19" üzrə PZR test nümunələrinin götürülməsi də TƏBİB tərəfindən təmin edilib.
TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov tibbi xidmətlərin təşkili ilə bağlı vəziyyətlə yerində tanış olmaq üçün Şuşada səfərdədir.

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto