Təhlükəsizlik kamerasını izləyəndə şoka düşdü - FOTO/VİDEO
Təhlükəsizlik kamerasını izləyəndə şoka düşdü - FOTO/VİDEO
Səhər saatlarında balıq təsərrüfatına daxil olan sahibkar hər tərəfin dağıldığını görüb. Nə baş verdiyini anlamaq üçün təhlükəsizlik kameralarına baxdıqda isə gördüklərindən şoka düşüb.
Məlum olub ki, qış yuxusundan ac oyanan ayı koronavirus tədbirləri çərçivəsində müvəqqəti bağlanan balıq təsərrüfatına dadanıb. Qapını sındıraraq, içəri girən vəhşi heyvan soyuducunu aşırıb və qarnını doyurub.
Bununla bağlı maraqlı görüntüləri "Demirören Haber Ajansı" (DHA) paylaşıb.
Bildirilir ki, kadrlar Türkiyənin Trabzon şəhərinin Tonya rayonundandır.
Karantinlə əlaqədar müəssisəsi müvəqqəti bağlı olan sahibkar Cəmil Arslan ayıları çox sevdiyini deyib.
"Çox zərər dəyməyib. Olsa da, bir əhəmiyyəti yoxdur. Çünki çox sevimli heyvanlardır, onları sevirik. İnşallah, epidemiya bitəndən sonra müəssisəni yenidən açarıq. Burada ətrafdakı evlərdə də ayılar yemək axtarır, izlərinə çox rast gəlmişəm. Ayılarla bir növ qonşu kimi yaşayırıq…
İnanın, hər zaman gəlməsini istəyərəm, ancaq qapını sındırmadan girsə, yemək verərəm, hətta balıq da verərəm, problem deyil", - deyə sahibkar gülərək bildirib.



Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb