Təhsil Nazirliyinin İctimai Şurasının üzvü yeni tədris ili barədə danışdı

Təhsil Nazirliyinin İctimai Şurasının üzvü yeni tədris ili barədə danışdıTəhsil Nazirliyinin İctimai Şurasının üzvü yeni tədris ili barədə danışdı
Ölkədəki epidemioloji vəziyyət məktəblərdə və universitetlərdə tədris prosesinin bərpası ilə bağlı yekun qərar qəbul etməyə hələ ki, imkan vermir. Media.Az ölkədə 2020-ci il martın 3-də dayandırılmış tədris prosesinin yenidən başlaması ilə bağlı mütəxəssislərin rəyini öyrənməyə davam edir.
"Təhsil prosesinin necə təşkil olunacağını əminliklə söyləmək mümkün deyil, çünki koronavirus pandemiyası ilə bağlı vəziyyət barədə əvvəlcədən nəsə demək çətindir. Əlbətdə ki, bu vəziyyətdə bütün mümkün risklərin nəzərə alınması vacibdir", -  deyə ADA Universitetinin baş müəllimi, Azərbaycan Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Ülviyyə Mikayılova Media.Az-a bildirib.
Təhsil Nazirliyinin İctimai Şurasının üzvü yeni tədris ili barədə danışdıOnun sözlərinə görə, hər şeydən əvvəl bütün ehtiyat tədbirlərinə əməl etmək, xüsusilə də, bir sinifdə uşaqların sıxlığının qarşısını almaq, ünsiyyətin mümkün səviyyəsini azaltmaq, sosial məsafəyə riyaət prosesinə nəzarət etmək lazımdır.
"Əsas məsələ bir sinifdə 10-15 şagirddən çox olmamasıdır. Əlbəttə ki, bu təhsil müəssisələrinin rəhbərliyi, müəllimlər, valideynlər və uşaqlar üçün böyük məsuliyyətdir. Lakin ən azı bu qaydalara riayət etməklə təhsil alanlar sosial əlaqə qura biləcəklər, hansı ki, aşağı sinif uşaqları üçün bu, xüsusilə vacibdir", - deyə Ü.Mikayılova bildirib.
Yuxarı sinif şagirdlərinin təhsillərini onlayn olaraq davam etdirib-etməmələri ilə bağlı suala cavab olaraq, o, qeyd etdi ki, bu vəziyyətdə müəllimlərin buna nə dərəcədə hazır olduqlarına diqqət yetirilməlidir:
"Müəllimlər onlayn təhsilə keçmək məcburiyyətində qaldılar. Heç kim pandemiyanın yayılacağını və belə bir məcburi keçidin olacağını gözləmirdi".
İctimai Şura üzvünün sözlərinə görə, onlayn formatda işləyən müəllimlər məktəblilərin biliklərinin qiymətləndirilməsi və monitorinqi üçün məhdud imkana malikdirlər.
"Əlbəttə, formal qiymətləndirmə metodları var, lakin müəllimlər onları çox qısa müddətdə öyrənməlidirlər. Yeri gəlmişkən ölkədə 158 min pedaqoq var... Bundan əlavə, onlayn təhsil üçün tənzimlənən qiymətləndirmə sisteminin özünü də yenidən nəzərdən keçirmək lazımdır. Bu format bir çox ölkədə istifadə olunur.
Xatırladaq ki, martın 11-dən etibarən Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət TV" telekanalında yayımlanan "Dərs vaxtı" proqramı çərçivəsində video dərslər keçirilməyə başlanıb. Bütün siniflər üçün tədris planlarını əhatə edən televiziya dərslərində mövzuların qısa məzmunu və təlimatlar daxil edilib. "Virtual məktəb" layihəsi şagirdlərə evlərini tərk etmədən təhsillərini davam etdirməyə imkan verib.
Əksər mütəxəssislər kimi, Ü.Mikayılova ənənəvi və onlayn olan qarışıq təhsil modelindən istifadəni məqsədəuyğun hesab edir:
"Ancaq nəzərə almaq lazımdır ki, bir otaqda şagirdlərin sıxlığını azaltmaq üçün sinifləri iki qrupa böləndə, iki dəfə dərs deyəcək müəllimlərin iş yükü iki dəfə artacaq. Düşünürəm ki, qarışıq formatdan istifadə edərkən dərsə gəlmə günlərini bölmək yaxşı olardı. Məsələn, 1, 3, 5, 7, 9, 11-ci sinif şagirdləri bazar ertəsi, çərşənbə və cümə günləri, qalanları isə çərşənbə axşamı, cümə axşamı və şənbə günləri məktəbə gələ bilərlər".
Baş müəllimin sözlərinə görə, universitetlərdə prosesin yenidən başlamasına gəlincə isə tələbələr onlayn təhsillərini davam etdirə bilərlər.
"Tələbə yoldaşları ilə ünsiyyət imkanından məhrum olduqları üçün onların onlayn təhsilinin çətin olduğunu anlayıram. Ancaq bu mərhələ məktəblilərə nisbətən tələbələr üçün daha az ağrılıdır ", - deyə Ü.Mikayılova bildirib.

Sosial       Tarix: 21 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - FOTO

"Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinə yeni rəis müavini təyin edilib. " "a istinadən xəbər verir ki, bununla QSC sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rəşad Əliyev QSC-ni

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən canlı xeberler azerbaycan cəbhədən son xeber qurban bayrami 2026