Tək Tanrıya məğlub olan Panteon ehtişamı: gündə 2 milyon avro atılan "arzu suyu"ndan - REPORTAJ

Tək Tanrıya məğlub olan Panteon ehtişamı: gündə 2 milyon avro atılan Tək Tanrıya məğlub olan Panteon ehtişamı: gündə 2 milyon avro atılan "arzu suyu"ndan - REPORTAJ
Roma gəzintimin növbəti gününə elə şəhərin ikinci ən əhəmiyyətli simvolu olan Panteon məbədini ziyarətlə başladım. Qədim Roma dövründən günümüzədək qorunub saxlanan bu məbəd Kolizeydən cəmi 44 il sonra tikilib, yəni o da Kolizey kimi tarixin özüdür.
Yeddinci əsrə kimi bütün Tanrılara həsr olunan, yeddinci əsrdə isə təkallahlılıq inancına məğlub olaraq xristian kilsəsinə çevrilən məbəd hazırda rəsmi olaraq Müqəddəs Məryəm və Şəhidlər Bazilikası adını daşıyır. Lakin bütün dünya onu Panteon olaraq tanıyır və ziyarət edir, bu ad isə onun ilkin mahiyyətini özündə ehtiva edir. Belə ki, "Pantheon" sözü yunanca "hamısı" mənasını verən "pan" və "tanrılar" mənasını verən "theos" sözlərindən əmələ gəlib. Yəni buraya yarandığı gündən Romanın bütün tanrılarının evi kimi yanaşılıb. Tarixən funksiyası dəyişdirilsə də, göründüyü kimi ad öz statusunu əsrlərdir qoruyur. Ümumiyyətlə, deyəsən, Panteon bütün gözəllikləri elə daxilində gizləyir. Çünki buranın çöldən görüntüsü qətiyyən Kolizey kimi əzəmətli və cazibədar deyil. Bura qübbəli damı olan dairəvi binadır. Ancaq qonaqları heç də Kolizeyinkindən az deyil. Şəhərin mərkəzində yerləşdiyi üçün insanlar dörd bir yandan buraya axın edirlər. Çünki kənardan çox sadə təsir bağışlayan bu günbəzin daxili görüntüsü onun dünyanın nadir memarlıq nümunələrindən olduğunu sübut edəcək qədər ecazkardır.
Tək Tanrıya məğlub olan Panteon ehtişamı: gündə 2 milyon avro atılan Bildirim ki, Panteon dünyanın ən böyük dəmir-beton günbəzinə sahibdir və bu günbəzin naxışları ilə digər elementləri olduqca unikaldır. Belə ki, günbəzin mərkəzində ən zirvədə göz formasında açıq hissə var. Bu hissə təbii işığın içərini işıqlandırmasına imkan verir və bu, məbədlə göylər arasındakı əlaqəni təmsil edir. Praktiki olaraq göz həm də yağış suyunun binadan axmasına imkan verən drenaj sistemi kimi xidmət göstərir. Günbəzin ən əhəmiyyətli xüsusiyyəti isə diametrin döşəmədən gözə qədər olan hündürlüklə eyni olması və möhtəşəm kürə yaratmasıdır. Elə ona görə də Panteon mühəndislik möcüzəsi kimi sonrakı günbəzli strukturlar üçün nümunə olub və bir çox binanın tikintisində memarlar ondan ilhamlanıb. Bu tikili Mikelancelo da daxil olmaqla, çoxsaylı intibah memarlarının yaradıcılığına təsir göstərib. Panteonun digər bir detalı isə II Viktor Emmanuel və I Umberto kimi kralların və bir sıra mühüm şəxsiyyətlərin məzarının burada olmasıdır.
Tək Tanrıya məğlub olan Panteon ehtişamı: gündə 2 milyon avro atılan II Viktor Emmanueldən söz açmışkən, sizləri elə onun şərəfinə salınmış II Viktor Emmanuel abidəsi ilə tanış etmək yerinə düşər. Neoklassik üslubda inşa edilmiş abidə bu gün şəhərin milli simvollarından biri hesab olunur. Romanın mərkəzi meydanı olan Piazza Venezia ilə qədim Kapitoli təpəsi arasında yerləşən tikili 1885-1935-ci illər arasında inşa edilib və 81 metr hündürlüyə sahibdir. Ağ mərmərlə örtülü bina onu bəzəyən heykəltəraşlıq nümunələri, korinf sütunları, kollonada, əzəmətli eyvanı və 243 pillədən ibarət olan pilləkəni ilə şəhərə xüsusi gözəllik qatır. Buradakı heykəllərin hər biri xüsusi əhəmiyyət kəsb edir. Onlar arasında mərkəzi hissədə II Viktor Emmanuelin, onun alt hissəsində Roma ilahəsinin, binanın hər iki ucunda isə tanrıça Viktoriyanın heykəlləri dayanır. Roma ilahəsi heykəlinin altında isə Birinci Dünya müharibəsində həlak olmuş və itkin düşmüş italyan əsgərlərə həsr olunan Naməlum Əsgər məzarı yerləşir ki, bu məzar hazırda iki əsgər tərəfindən mühafizə olunur. Hər il Qurtuluş Günü, Respublika Günü və Silahlı Qüvvələr Günü kimi mühüm milli bayramlarda İtaliya Prezidenti və yüksək dövlət rəsmiləri məzarın qarşısına dəfnə çələngi qoyaraq onların xatirəsini yad edirlər. Yəni Viittoriano həm də belə milli bayramlara ev sahibliyi edir.
Tək Tanrıya məğlub olan Panteon ehtişamı: gündə 2 milyon avro atılan Şəxsi təəssüratlarıma gəldikdə isə, bütün elementləri ilə bu möhtəşəm abidə mənə vahid İtaliya memarlığından daha çox Qədim Roma tikilisi təsiri bağışladı. Zirvəsinə qalxmaq bir az yorucu olsa da, onun düşünülmüş detallarını gözlərimlə görmək mənəvi olaraq gözəl duyğular qazanmağıma səbəb oldu. Bundan əlavə, binanın eyvanından şəhərin gözəlliyinə tamaşa etmək də olduqca zövqlü idi. Binanın qarşısında iki İtaliya bayrağı sancılıb ki, həmin detal Piazza Venezia meydanının cazibəsini xeyli artırır. Burada diqqətimi çəkən əsas məqam isə bayrağın bərabərində eyvana qonan qağayı oldu. Ətrafdakı insanlar bayraqla onun birgə şəklini çəkməyə çalışarkən qağayı qorxub uçmaq yerinə, əksinə, sanki kadrın gözəl alınması üçün məharətlə poz verməyə başladı. Hətta bizlərin kadr götürə bilmədiyini sezərək, bayrağa doğru yeridi və gövdəsini dikəltdi. Həmin an bunun bir təsadüf olduğunu düşünsəm də, daxilimi bürüyən marağa görə evə döndükdən sonra çəkdiyim fotonu axtarışa verdim. "Pinterest", "Instagram" kimi sosial platformalarda eyni məkanda onlarla qağayılı bayraq fotosuna rast gəldim. Onun qağayı yox, məhz "prima donna" olduğunu anladım.
Tək Tanrıya məğlub olan Panteon ehtişamı: gündə 2 milyon avro atılan II Viktor abidəsindən sonra ziyarət etdiyim yer isə elə onun kimi mistik auraya sahib olan Trevi fəvvarələri oldu. Üç yolun kəsişməsində yerləşdiyi üçün belə adlandırılan fəvvarə Romadakı ən böyük barokko fəvvarəsidir və şəhərin gözəllik simvolu sayılır. XVII əsrdə salınmış Trevinin gur və təmiz suyu ilə maraqlı heykəlləri bu gün onu dünyada olduqca məşhur bir səyahət nöqtəsinə çevirib. Viittorianodakı kimi buradakı heykəllərin də hər birinin xüsusi mənası var. Bəziləri bolluğu, bəziləri isə sağlamlığı simvolizə edir. Ancaq aralarındakı ən önəmli heykəl Qədim Roma mifologiyasında dəniz və sel tanrısı olan Neptunla bağlıdır. Neptunun iki dəniz atının çəkdiyi arabada ayaqüstə dayanmasının təsvir olunduğu bu heykəl fəvvarənin düz mərkəzində quraşdırılıb. Fikrimcə, Trevi fəvvarəsini məşhur edən ona gözəllik qatan memarlıq toxunuşlarından daha çox, onun suyu ilə bağlı yayılmış mifik inancdır. Həmin inanca görə, Trevini görməyə gələn şəxs sağ əli ilə sol çiynindən suya sikkə atmağı bacarsa, o, yenidən Romaya gələcək. Bu şəkildə iki sikkə atmağın sevgi, üç sikkə atmağın isə evlilik və ya boşanma gətirəcəyinə inanılır. Mən də, öz növbəmdə, bir sikkə atdım, amma sol əlimlə sağ çiynimdən…
Tək Tanrıya məğlub olan Panteon ehtişamı: gündə 2 milyon avro atılan Trevinin görüntüsü məndə böyük təəssürat yaratdığı üçün gün ərzində ona iki dəfə - günorta və axşam radələrində baş çəkdim. İşıqlarla bəzədilən fəvvarənin axşam görüntüsü sizə böyük bir hüzur bəxş edir. Ancaq sıxlıq həmin hüzuru saniyələr içərisində əlinizdən alır. Gün ərzində gəzdiyim məkanlar arasında ən çox sıxlığı məhz Trevinin qarşısında müşahidə elədim. Ziyarətçilər suya sikkə atmaq üçün bir-biri ilə yarışırlar. Görünən odur ki, dünyanın hər yerində insanların ümidə və aldanmağa ehtiyacı var. Bizim bu aldanışlarımız hesabına hər gün bu "saf" sulara üç min avro civarında pul atılır. İl ərzində Trevidən 1,5-2 milyon avroya yaxın pul toplanır. Bəzi şəxslər isə qeyri-qanuni olduğu halda, həmin sikkələri oğurlamağa çalışırlar. Bunu öyrənən mən sual edirəm: Görəsən, oğrular oğurladıqları sikkələrlə birlikdə diləklərimizi də oğurlayır və xərcləyirlər? Sizə isə səyahət zamanı daxilinizdə gizlənən diləkləri cücərdəcək bəhanələr tapmağınızı arzu edirəm.
"Report" İnformasiya Agentliyi

Maraqlı       Tarix: 12 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin


azerbaycan xeberleri yeni xeberler son xeberler az xeber xeberler bu qun krimnal bugun son.xabar