Təkamülün çoxillik sirri açıldı

Təkamülün çoxillik sirri açıldı Təkamülün çoxillik sirri açıldı
Beynəlxalq tədqiqatçılar qrupu müəmmalı hominoid "Oreopithecus bambolii"nin xüsusi həyat tərzi apardığını, ağaclara dırmaşmadığını və insan kimi şaquli vəziyyətdə yerimədiyini müəyyən edib. Bu  kəşf hərəkətin müxtəlif növlərinin təkamülü haqqında daha çox məlumat əldə etməyə imkan verir.
Bu barədə "Phys.org" nəşrində yerləşdirilən press-relizdə deyilir.  
Qeyd edilir ki, heyvan müasir Sardiniya və Toskana ərazisində 6,7-8,3 milyon il əvvəl yaşayıb. Onun mövcud olduğunu göstərən ilk sübutlar hələ 1872-ci ildə əldə edilmişdi, lakin onun necə hərəkət etdiyi indiyə qədər dəqiq bilinmirdi.
Mütəxəssislərin bir qismi onun dırmaşa, digərləri isə düz yeriyə bildiyini hesab edirdilər. Hominoidin hərəkətinə dair çoxillik sirri öyrənmək üçün paleontoloqlar yeni tədqiqatlar zaman 1958-ci ildə kömür mədənində tapılmış ən dolğun skeleti araşdırıblar. O, 30 kiloqram ağırlığında kişiyə məxsus idi.
Tədqiqatçılar daşlaşmış qalıqları müasir və digər qədim primatların sümükləri ilə müqayisə ediblər. Məlum olub ki,  onun bədəni gibbonunkuna bənzəyir. Digər bir xüsusiyyət isə, dörd deyil, müasir meymunlara xas olan beş bel fəqərəsinin olmağıdır. "Oreopithecus bambolii"   çanağının strukturuna görə bütün digər məlum primatlardan fərqlənir. Belə ki, çanaq sümüyünün üst hissəsi  eninə və oturaq hissəsi isə uzununa idi, bu da miotsen dövrünün (23-5 milyon il əvvəl) hominoidləri üçün səciyyəvidir.
Çanağının quruluşu müasir meymunlar kimi şaquli vəziyyətdə yeriyə bildiyindən xəbər versə də, "Oropithecus bambolii"  insan kimi gəzə bilmirdi. Bu heyvanlar adada yaşayırdılar və təhlükəsiz hərəkət edə bilirdilər, ona görə də ağaclara dırmaşmaq bacarığına ehtiyac yox idi.
Hominoidlər gibbon və hominidlər ailəsinin daxil olduğu fəsildir. Hominidlər isə insan və insanabənzər meymunları özündə ehtiva edən primatlar ailəsidir. /oxu.az

Maraqlı       Tarix: 28 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeberleri sou xeberler bugun hava durumu sonxabar