Terrorçuların silahlarını təslim etməkdən, ya da ölməkdən başqa çarəsi yoxdur
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, terrorçuların və separatçıların silahlarını təslim etməkdən, ya da ölməkdən başqa çarəsi yoxdur.
Ərdoğan bu barədə Türkiyənin şimalındakı Samsun şəhərində çıxışı zamanı söyləyib.
"Artıq imperialistlərin agentləri kimi regionumuzda planlar quran terrorçulara qarşı dözümümüz yoxdur, səbr etməyəcəyik. Bu separatçı qatillər ya dərhal silahlarını torpağa basdıracaqlar, ya da silahları ilə birlikdə toprağın altına basdırılacaqlar. Burada üçüncü yol yoxdur", - Ərdoğan deyib.
O, silah, zorakılıq və terror dövrünün bitdiyini, separatçı terror təşkilatının (PKK-nı nəzərdə tutur – red.) istifadə müddətinin bitdiyini söyləyib.
Türkiyə lideri qeyd edib ki, artıq hamı bu reallığı qəbul etməlidir.
"Vurğulayıram ki, bizim regionda artıq terrora yer yoxdur. Biz min ildir burada yaşayırıq, bu ərazilərin sahibiyik. Biz daimi olaraq burada qalıb azad yaşayacağıq. Ümidvarıq ki, qardaşlıq və qarşılıqlı hörmət əsasında separatçıların nifaq saldıqları sahələri bərpa edəcəyik", – Ərdoğan bildirib. / azxeber.com

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi