Tərtərdə oğurluq edən şəxs saxlanılıb
Tərtər şəhər sakini Ə.Qasımlı ötən ilin dekabr ayında özünə məxsus evdən məişət əşyalarının oğurlanması barədə Tərtər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Open.az-a verilən məlumata görə, müraciətlə əlaqədar olaraq Tərtər RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Tərtər şəhər sakini Ramiz Malıyev saxlanılıb. Araşdırmalarla onun evdən 1 ədəd televizor və 1 ədəd qol saatı oğurlamaqla zərərçəkmişə 700 manata yaxın ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı R.Malıyev törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.
Turlar.az [newsid: 0-123300]

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü
Tokayev Türkiyəyə gedir
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı