Təxribat hazırlığı: Bakı sərt qərar verə bilər – 6 gün qaldı
30 sentyabr-4 oktyabr tarixində Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası keçiriləcək. Sessiya gündəliyinin layihəsinə qondarma "Azərbaycanda insan hüquqları, qanunun aliliyi və demokratiya sahəsində vəziyyətin pisləşməsi" mövzusunda təcili debatların keçirilməsi sorğusu da daxil edilib.
Rəsmi Bakı bu debatlarla bağlı nə planlaşdırır?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, AŞPA Azərbaycana qarşı açıq-aşkar zidd siyasət yeridir:
"Bu, təşkilatın ilk belə anti-Azərbaycan mövqeyi deyil. Bundan öncə də bənzər formada təkliflər, qətnamə layihələri təqdim edilib. Aydın məsələdir ki, bu və bu kimi şeylər daha bizi narahat etmir. Onsuz da AŞPA-nın hansısa formada təsir etmək, sanksiya çağırışı etmək səlahiyyəti yoxdur. Yəni boş sənədlər ərsəyə gətirməkdən başqa bir işə yaramır.
Azərbaycanda insan hüquqlarının pozulmasını tez-tez dilə gətirən qurum Fransa, Almaniyadakı antisemitizm, islamofobiya, neokolonializim və irqçilik kimi problemləri gözardı edir. Halbuki bu problemlər əsrlərdir Avropada var və həll edilmir".
Q.Hüseynli vurğulayıb ki, Azərbaycan AŞPA-ya sərt cavab verməli, hətta lazım gələrsə təşkilatdan ayrılmalıdır:
"Vaxtilə biz AŞPA-nın Qarabağ məsələsinə diqqət ayırması ümidi ilə təşkilata üzv olmuşduq. Bu gün Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Bakı bunu öz gücü ilə reallaşdırdı. Buna görə də daha AŞPA bizə lazım deyil.
Azərbaycanın AŞPA-nı tərk etməsi domino effekti yaradacaq və ardınca digər ölkələr də qurumu tərk edə bilər".

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb