Təzyiqi aşağı salan və demensiyadan qoruyan qidalar - HƏKİM MƏSLƏHƏTİ
"Tədqiqatlar göstərir ki, göyərti qan təzyiqini aşağı salmağa kömək edir".
KONKRET.az xəbər verir ki,bu barədə Rusiyanın "DocMed" klinikasının kardioloqu və terapevti Yaroslav Aşıxmin məlumat verib.
"Birincisi, hipertoniya (yüksək qan təzyiqi) üçün çox faydalı qidalara giləmeyvələr daxildir. Həftədə 150-200 qram giləmeyvə antioksidant ehtiyacını ödəyir. İkincisi, taxıl məhsulları, yəni cilalanmamış qarabaşaq yarması, qəhvəyi düyü, çörək və makaron yemək vacibdir. Üçüncüsü, göyərtilərin qan təzyiqini aşağı salmağa kömək edə biləcəyinə dair elmi sübutlar var. Onlar həm də parkinson və alzheymer xəstəlikləri riskini azaldır", – deyə Aşixmin bildirib.
Həkim qeyd edib ki, ən sağlam pəhrizlərdən biri Aralıq dənizi pəhrizidir. Buraya çoxlu meyvə, tərəvəz, taxıllı məhsullar, az yağlı süd məhsulları və yağlı balıq daxildir. Bu, əlavə olaraq qidada duzun məhdudlaşdırılması və göyərti istehlakının artırılmasını nəzərdə tutur.
"Qırmızı ətin ümumi sağlamlığa və hipertoniyaya necə təsir etdiyi ilə bağlı mübahisələr var. Emal olunmuş ət, yəni kolbasa mütləq ki, qan damarlarına zərərlidir. Pendir, süd məhsulları və quş əti isə hipertonik xəstələr üçün zərərli deyil", – kardioloq bildirib.
Oxu.az

Milyarder səkkiz ay ərzində sərvətini itirdi
Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Valyuta bazarında son vəziyyət
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
Yeni il ərəfəsində bu məhsullar BAHALAŞA BİLƏR – Ekspertdən XƏBƏRDARLIQ
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Lamin Yamal Bakıya gəlməyəcək - Qərar
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi
"Barselona" "Sabah"la oyun üçün Bakıya onları gətirir
"Sabah" – "Barselona" oyununun hakimləri bilindi
Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər
Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…