Tofiq Tağızadə çəkiliş meydançasında hansı aktyoru öldürmək istədi?

Tofiq Tağızadə çəkiliş meydançasında hansı aktyoru öldürmək istədi?Tofiq Tağızadə çəkiliş meydançasında hansı aktyoru öldürmək istədi?
"Görüş", "7 oğul istərəm", "Arşın mal alan", "Mən ki gözəl deyildim", "Bağ mövsümü", "Dədə Qorqud", "Uzaq sahillərdə", "Onun böyük urəyi", " Babamın babasının babası" və sair filmlərin rejissoru Tofiq Tagızadənin anadan olmasının 105 illiyidir. 40 ildən artıq müddətdə Azərbaycan kinosunun inkişafına mühüm töhfələr vermiş rejissor  filmləri ilə həm kino tariximizdə, həm də tamaşaçı qəlbində iz qoyan sənətkarlardandır. O, təbiətən, iliyinəcən rejissor idi. Əsl rejissor qəribə olmalıdır. Onda da qəribəliklər var idi. 
Tofiq Mehdiqulu oğlu Tağızadə 1919-cu il fevralın 7-də Bakıda anadan olub. 1938-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsinə daxil olub. Üçüncü kursda könüllü olaraq müharibəyə gedib. 1942-ci ilin sonlarında Rostov yaxınlarında yaralanaraq geri dönüb. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsində təhsil aldıqdan sonra "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayıb. "TMT" adlı özəl studiyası fəaliyyət göstərib. Çeçenistanın Əməkdar incəsənət xadimi (1964), Əməkdar incəsənət xadimi (1960), Xalq artisti (1976) Tofiq Tağızadə 1998-ci ildə vəfat edib.
Lent.az "Ömrün bir anı" rubrikasında böyük rejissorun ömür yolundan maraqlı xatirəni paylaşır.
"7 oğul istərəm" filminin çəkilişləri zamanı kadrlardan biri heç cür yaxşı alınmır. Filmdə kəndçi roluna çəkilən Eldəniz Zeynalov damın üstünə çıxıb bayraq asarkən güllə ilə vurulmalı və ölüb yerə yıxılmalı idi. Lakin 20-25 dəfə təkrara baxmayaraq, səhnə  alınmır. Eldəniz hər dəfə ya gülür, ya da zarafat edir. Bu hal rejissor Tofiq Tağızadəni nəhayət ki, özündən çıxarır. O, rejissor kamerasının arxasından durub Eldənizə yaxınlaşır. Yerə yıxılmış aktyorun  boğazından yapışır və özünə xas ləhcəylə "Adə, öləcəksən sən ya yox. Öl qurtar da. Bu dublda da ölməsən özüm öldürəcəm" səni deyir.
Filmdə epizodik rollardan birinə çəkilən aktyor Fazil Salayev ona 7, atlara isə 27 manat qonorar yazıldığını eşidəndə özündən çıxır. Tofiq Tağızadəyə yaxınlaşır. Həmin an rejissor bərk əsəbiymiş. Bunu bilməyən Salayev  deyir: "Tofiq müəllim, xahiş edirəm, məni filmdə at ştatına yazın. Onlar məndən çox pul alır".
Tofiq Tağızadə onun zarafatına yarı əsəbi halda cavab verir.
"Olar. Fazil, səni güllələnən atlardan biri kimi qeyd edirəm, ilk dublda səni də öldürəcəm".

Maraqlı       Tarix: 08 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber saytlari butun xeberler xəbər sou biznes