Tokayevdən qərar: Bu şəxslər ömürlük həbs ediləcək
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev narkotik vasitələrin istehsalı və satışına görə cəzaları ömürlük həbs müddətinə qədər sərtləşdirən qanunu imzalayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin Mətbuat Xidməti məlumat yayıb.
"Narkotik vasitələrin istehsalına, habelə vəzifəli şəxslər tərəfindən narkotik vasitələrin hazırlanmasına, emalına və istehsalına görə cinayət məsuliyyəti qanunla sərtləşdirilib. İndi bu cinayətlərə görə təqsirkar şəxslərə 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya əmlakı müsadirə olunmaqla ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər", – məlumatda bildirilib.
Qeyd edilib ki, qanunda cinayətkar qrupun tərkibində təhsil müəssisələrində, yetkinlik yaşına çatmayanlar arasında narkotik vasitələrin yayılması ilə məşğul olan şəxslərə qarşı əmlakı müsadirə olunmaqla 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan sərt sanksiyalar saxlanılıb.
Qanunda həmçinin narkotik vasitələrin yayılmasına görə vəzifəli şəxslərin cinayət məsuliyyəti də sərtləşdirilib. Əgər əvvəllər bu cinayətlərə görə onları əmlakı müsadirə olunmaqla 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyirdisə, indi bu müddət əmlakı müsadirə olunmaqla 15 ildən 20 ilədək təşkil edir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi