Toxumluq kartofun idxalının gömrük rüsumlarından azad edilməsi bir ay qabağa çəkilir

Toxumluq kartofun idxalının gömrük rüsumlarından azad edilməsi bir ay qabağa çəkilirNazirlər Kabineti toxumluq kartofun idxal rüsumlarında dəyişiklik edilməsi haqqında qərarın izahını verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, qərar faraş kartof istehsalının artırılmasının dəstəklənməsi məqsədi ilə hazırlanıb.
Qərara əsasən, toxumluq kartofun idxalının gömrük rüsumlarından azad edilməsi bir ay qabağa çəkilir.
Əvvəlki qərara əsasən kartof toxumunun idxalı mart, aprel, may aylarında gömrük rüsumundan azad edilmişdi. Dəyişiklikdən sonra isə bu, fevral, mart, aprel aylarına şamil ediləcək.
Kartof toxumu idxal olunduqda, onun daşınmasına, çeşidlənməsinə, əkinqabağı otaq və ya istixana şəraitində cücərdilməsinə və əkinin aparılmasına işçi qüvvəsindən və kartofun miqdarından asılı olaraq 20-25 gün vaxt tələb olunur. Nəticədə may ayında idxal olunmuş kartofun əkin müddəti iyun ayına təsadüf edir ki, bu ayda artıq dağlıq rayonlarda kartofun vegetasiya dövrü tam kollanma fazası ilə qönçələmə fazası arasında olur və beləliklə kartof toxumunun may ayında idxal olunmasının iqtisadi səmərəsi azalır.
Bu qərardan sonra əvvəlki dövrdən fərqli olaraq rüsumsuz idxal olunan toxumdan alınan ilk məhsul mayda deyil, artıq apreldə yığılacaq, məhsuldarlığın artmasına və məhsul bolluğuna səbəb olacaq, fermerlərin istehsal xərci azalacaq və faraş kartofun maya dəyəri aşağı düşəcək və rüsumsuz toxum idxalı siyasətinin iqtisadi səmərəsi artmış olacaq.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 08 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib

Azərbaycan və İndoneziya arasında iqtisadi və investisiya əlaqələrinin inkişafı, institusional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran investisiya istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Azərbayca

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib

Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub. Unibank – Sənin Bankın!. /

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta krminal bu gun xeberler bugun 2026 sonxəbərlər