Toxunulmazlıq hüququ olan deputat hansı halda cərimələnə bilər? - AÇIQLAMA

Toxunulmazlıq hüququ olan deputat hansı halda cərimələnə bilər? - AÇIQLAMAToxunulmazlıq hüququ olan deputat hansı halda cərimələnə bilər? - AÇIQLAMA
Məlum olduğu kimi, YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov, onun həyat yoldaşı, Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiklərinə görə cərimələniblər.
Sosial şəbəkələrdə isə Milli Məclisin deputatlarının və Ombudsmanın cərimələnməsini toxunulmazlıq hüququnun pozulması kimi qiymətləndiriblər.
Məsələ ilə bağlı vəkil Tural Şükürov "Qafqazinfo"ya açıqlama verib.
Onun sözlərinə görə, deputatların toxunulmazlıq hüququ yalnız məhkəmə qaydasında olan inzibati xətalarla bağlı qüvvədə olur:
"Konstitusiyamızın 90-cı maddəsinə görə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz".
Yəni məhkəmə qaydasında olan inzibati xətalarla bağlı onlar məsuliyyətə cəlb edilə bilməz.
Ancaq digər orqanlar da inzibati xətalara baxır və tənbeh tədbirləri seçirlər. Məsələn, Ekologiya Nazirliyi, Daxili İşlər Nazirliyi, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanları da inzibati tənbeh tədbirləri görə bilərlər.
211-ci maddəyə gəldikdə isə, İnzibati Xətalar Məcəlləsində 211.1-ci maddəyə məhkəmə baxır.
211.2 – Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmaması halına isə məhkəmə baxmır. Deputat bu maddə üzrə toxunulmazlıq hüququndan istifadə edə bilməyəcək. Polis ona 211.1 maddəsi üzrə protokol tərtib edib məhkəməyə işi göndərə bilməz. Artıq orada onun toxunulmazlıq hüququndan istifadə olunacaq.
Məhkəmə qaydasında olan tənbehlər bir qədər ağır - həbslə nəticələnən xətalar və ya cinayətlər olur. Bu halda müəyyən rəsmiləşdirmə işləri gedir: prokuror təlimat göndərir, araşdırma aparılır, deputatın mandatı əlindən alınır. Bu, ağır proses olduğuna görə, Siyavuş Novruzov da məhkəmə qaydasında cərimələnməyib.
Onlar yalnız 211.2-ci maddə üzrə cərimələniblər".
Tanınmış vəkil Cavad Cavadov da "Facebook"da məsələyə münasibət bildirib: 
"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında Azərbaycan Respublikasının Konstitusiya qanununun 6.2. maddəsinə əsasən Müvəkkil səlahiyyət müddəti ərzində barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz. Yəni məhkəmədən kənar inzibati məsuliyyətə cəlb edilə bilər.
Həmçinin, Konstitusiyasının 90-cı maddəsinə əsasən, Milli Məclisin deputatı da yanız məhkəmə qaydasında inzibati tənbeh tətbiqindən azaddır. Bu səbəbdən hər şey qanun çərçivəsindədir.
Ombudsman və deputatın məhkəmədən kənar cərimələnməsi qanunidir, bu şərtlə ki, onlar məcburi olaraq polisə gətirilməsinlər".
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, həmin şəxslər məhkəməyə çıxarılmayıb:
"Onlar məhkəmə qaydasında deyil, qanunun polisə verdiyi səlahiyyətlər çərçivəsində inzibati qaydada cərimə olunublar". /oxu.az

Sosial       Tarix: 23 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - FOTO

"Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinə yeni rəis müavini təyin edilib. " "a istinadən xəbər verir ki, bununla QSC sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rəşad Əliyev QSC-ni

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən canlı xeberler azerbaycan cəbhədən son xeber qurban bayrami 2026