Tramp Bakını hədəfə alan qəzetlə bağlı qərar verdi: O yazını kim sifariş edib?
ABŞ Prezidenti Donald Trampın qərarı ilə dünyaca nüfuzlu "Politico" nəşrinin maliyyələşməsinin dayandırıldığı haqda məlumatlar yayılıb. Səbəb kimi qəzetin Trampı tənqid etməsi, onun rəqiblərinə dəstək verməsi göstərilir.
Bəzi ekspertlər yeni administrasiyanın son qərarlarını ABŞ-ın sürətlə avtoritarizmə meyillənməsi kimi dəyərləndirirlər. Vaşinqtonun həmçinin BMT-nin İnsan Hüquqları Şurasından çıxması və USAİD-in fəaliyyətinin məhdudlaşdırması bəzi siyasi dairələrdə narahatlığı artırıb.
Amerika demokratiyadan uzaqlaşa bilərmi? Bu proseslərin dünyanın ən qüdrətli hesab olunan ölkəsini zəiflətməsi, parçalaması mümkündürmü?
KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Tramp inaqurasiya mərasimindən sonra kəskin açıqlamaları və gözlənilməz addımları ilə diqqət çəkir:
"Maraqlı digər bir məqam isə Trampın mediaya münasibətdə sərgilədiyi mövqedir. Belə ki, o, bundan öncəki hakimiyyəti dövründə və sonrakı müddətdə əleyhinə sifarişli yazılar yazan media subyektləri, o cümlədən sosial şəbəkə rəhbərlərinə qarşı addımlar atır. Bunu dərk edən güc mərkəzləri ya seçkiqabağı dövründə Trampa dəstək verdilər, ya da onun qarşısında mövqe sərgilədilər.
Bu gün Tramp bir növ onlardan əvəz çıxır. Belə media orqanlarından biri də "Politoko" nəşridir. Amma bu iş "Politoko" ilə məhdudlaşmayacaq, çünki Ağ Ev rəhbəri bir çox media subyektinin adını çəkib. Yəni prosesin ardı gələcək".
İlyas Hüseynov
Politoloq bildirib ki, demokratlar bunu Trampın əleyhinə istifadə edəcəklər:
"Yəni bu addımları antidemokratik kimi təqdim edib onun prestijinə zərbə vurmağa çalışacaqlar.
Donald Tramp öz siyasi kursundan çətin ki, geri çəkilsin. Bunu ABŞ-da avtoritarizmin başlanması kimi qiymətləndirmək də olar. Bütün bu proseslər Ağ Ev rəhbərinə qarşı impiçmentin başlanmasına da səbəb ola bilər".
Qeyd edək ki, "Politico" nəşri 2020-ci ildə etibarən Azərbaycanla bağlı da həqiqəti əks etdirməyən bir çox materiallar yayımlayıb.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı