Tramp Ermənistanı İrana qarşı qızışdıra bilər: Paşinyan Tehrana "kəllə atacaq"? - Xaçikyanın VERSİYASI

Tramp Ermənistanı İrana qarşı qızışdıra bilər: Paşinyan Tehrana Ermənistan baş naziri Nikol Paşinyanın ABŞ-a səfəri erməni mediasının əsas müzakirə mövzusudur. Vaşinqtonda diaspora ilə görüşən Paşinyanın Amerika erməniləri qarşısında qaldırdığı məsələ düşmən ölkədə "soyuq duş" effekti yaradıb. Siyasi ekspertlər, şərhçilər, təhlilçilər məsələyə müxtəlif aspektlərdən yanaşırlar.
KONKRET.az xəbər verir ki, Stenford Universitetinin professor Artur Xaçikyan isə tamam fərqli münasibət bildirib. Onun fikirincə Paşinyanın ABŞ-a səfərinin məqsədi Donald Trampla şəkil çəkdirmək olub. Xaçikyan hesab edir ki, mövcud vəziyyət Ermənistan hakimiyyətinin yürütdüyü xarici siyasətin tamamilə iflasa uğradığının sübutudur.
"Biz ABŞ-la strateji əməkdaşlıq haqqında xartiya imzaladıq. Lakin sənədi oxuyandan sonra anladıq ki, orada heç nə yoxdur. Sənəddə heç bir hərbi yardım nəzərdə tutulmayıb, yalnız bir sıra gözəl ifadələr var. Təəccüblü deyil ki, belə bir sənəd imzalandıqdan sonra Ermənistan hətta ABŞ prezidentinin andiçmə mərasiminə dəvət almadı və andiçmə mərasimindən sonra ABŞ-a bir dənə də olsun rəsmi səfər olmadı.
Hazırkı səfər rəsmi deyil. Paşinyanı Tramp administrasiyasının hər hansı məmuru belə qəbul etməyib. Paşinyan İsrailyönlü və radikal anti-İran mövqeyinə sadiq dini təşkilata üz tutmağa məcbur olub. Xaçikyan əlavə edib ki, Paşinyanın maksimum planı Trampla hansısa qısa görüş təşkil etmək və şəkil çəkdirmək olub:
"Tramp administrasiyası ilə əlaqə saxlamaq üçün bu cür kommunikasiya kanallarından istifadə etməklə Ermənistanın İrana qarşı hərəkətə keçməyə məcbur olması ehtimalı yüksəkdir. Bu, son dərəcə realdır. Xüsusən də ABŞ Rusiyanın gərgin iş qrafikindən yararlanmaq və İran problemini həll etmək əzmindədir.
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 06 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son dəqiqə xeber cəbhədən ən son xəbərlər xeberler bugun