Tramp heç vaxt içmədiyini və zərərli olduğunu bildirir, bəs mütəxəssislər nə deyir? - Hər gün qəhvə içənlər OXUSUN

Tramp heç vaxt içmədiyini və zərərli olduğunu bildirir, bəs mütəxəssislər nə deyir? - Hər gün qəhvə içənlər OXUSUNDonald Tramp verdiyi açıqlamalarda heç vaxt qəhvə içmədiyini və bu vərdişi siqaret və alkoqolla eyni kateqoriyaya aid etdiyini bildirib. O, qardaşı Fred Trampın erkən yaşda vəfatına səbəb kimi bu vərdişləri göstərib. Bəs görəsən, ABŞ liderinin bu fikirləri nə dərəcədə doğrudur? Qəhvə həqiqətənmi səhhətimiz üçün bu qədər ziyanlıdır? 
Mövzu ilə bağlı Həkim-terapevt Günay Lətifova KONKRET.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, qəhvə içmək vərdişə bağlı bir məsələdir. Donald Tramp bu vərdişi özünə yaxın buraxmayıbsa, bunun doğru və ya yanlış olduğunu demək üçün əsaslı arqumentlərimiz olmalıdır.
Tramp heç vaxt içmədiyini və zərərli olduğunu bildirir, bəs mütəxəssislər nə deyir? - Hər gün qəhvə içənlər OXUSUN"Qəhvə istifadəsinin də mütləq şəkildə limiti gözlənilməlidir. Çünki biz hər hansı bir şeyi həddindən artıq və ya az istifadə etdikdə, bu, orqanizmə ziyan verə bilər. Burada söhbət tərkibində kofein olan qəhvədən gedir. Qəhvənin müsbət cəhətləri də var: qan dövranını sürətləndirir, əzələlərdəki ağrını azaldır, yaddaşı gücləndirir və psixoloji baxımdan əhval-ruhiyyəni yaxşılaşdırır. Gün ərzində bir-iki fincan qəhvə qəbul etmək, miqdarına nəzarət olunmaq şərti ilə məqbul sayılır".
Terapevt qeyd edir ki, lakin kofeinin tərkibində olması səbəbilə qəhvə həm də mənfi təsirlər göstərə bilər.
"Belə ki, yuxusuzluğa, nevroz kimi sinir sistemi pozuntularına yol açır. Bundan əlavə, mədənin fəaliyyətini zəiflədir, mədə ağrılarına və ürək döyüntüsünün artmasına səbəb olur. Ümumilikdə isə tövsiyə edilir ki, istər su, istər çay, istərsə də qəhvə normada qəbul edilsin. Əsas məsələ balansa və sağlamlıq baxımından ölçü meyarına əməl etməkdir. Qəhvənin, çayın və suyun da bir limiti olmalıdır".
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 14 may 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər xabarlar bu gune olan xeberler