Tramp, yoxsa Kamala Harris? - "Yeni adların olması bizim üçün maraq kəsb edir"
Məlum olduğu kimi, bu ilin noyabrında ABŞ-də prezident seçkiləri keçiriləcək. Hazırki dövlət başçısı Cozef Bayden namizədliyini geri götürdükdən sonra vitse-prezident Kamala Harris Donald Trampı məğlub etməyə çalışacaq. Erməni diasporu və iş adamları həmvətənlilərinə,Harrisə səs verməyə çağırış edirlər. Maraqlıdır, ABŞ-də prezident dəyişikliyindən sonra onların Cənubi Qafqaz siyasəti necə olacaq?
Məsələ ilə bağlı KONKRET.az-a danışan politoloq İlyas Hüseynov Cənubi Qafqazda dəyişikliyin ola biləcəyini dedi:
"Hazırda bir çox ölkələrin diqqəti ABŞ-də keçiriləcək prezident seçkilərinə yönəlib. Donald Tramp və ya Kamala Harrisin seçilməyindən asılı olmayaraq Cənubi Qafqazda müəyyən təsirlər hiss olunacaq. Harris bəyat etmişdi ki, bütün xarici siyasət və təhlükəsizlik blokunu dəyişəcək. Bundan başqa, Milli Təhlükəsizlik üzrə müşavir, Dövlət Katibi və Müdafiə Naziri başqası ilə əvəzlənəcək. Yeni adların olması bizim üçün maraq kəsb edir. Bütün hallarda ABŞ regionda bu günə qədər əldə olunan nəticələri daha da inkişaf etdirməyə çalışacaq".
İ.Hüseynov iki namizəd arasındakı şansları da qiymətləndirdi:
"Cozef Baydenin namizədliyini geri götürməsi seçkilərə maraq və intiriqa qatdı. Beynəlxalq auditoriya prosesləri diqqətlə izləyir. Bayden və Trampla olan debatlar və söz savaşları eks prezidentin şansını daha da artırmışdı. Aydın idi ki, qazanan tərəf Tramp olacaqdı. Sorğular da bunu təsdiq edirdi. Lakin məlum hadisədən sonra Harrisin özünü başqa məcrada təqdim etməsi, yerli cəmiyyətə təsir göstərdi. Seçkilər siyasi ideaların, cəyranların savaşı olur. Qeyd edim ki, hər iki tərəfin şansları bərabərdir".
Məlik Məlikov,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar