Trampın adamına Bakı ilə bağlı xüsusi tapşırıq
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Azərbaycanla bağlı açıqlamaları maraqla qarşılanıb. O bildirib ki, Azərbaycana dair məsələlərdə mütəmadi olaraq Türkiyə rəsmilərindən məsləhətlər alır və bunu Ağ Evin xüsusi tapşırığı ilə həyata keçirir.
Uitkoff, ABŞ-ın Türkiyədəki səfiri Tom Barak vasitəsilə Ankara rəsmiləri, xüsusilə də Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalının fikirlərinə müraciət etdiyini vurğulayıb. O, son dövrlərdə bu tip məsləhətləşmələrin intensivləşdiyini də qeyd edib.
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Tramp administrasiyasının nümayəndəsi bu açıqlama ilə Vaşinqtonun Bakıya dair siyasətini Ankara ilə koordinasiyalı şəkildə həyata keçirdiyini göstərməyə çalışır:
"Azərbaycanla bağlı məsələlərdə ABŞ və Türkiyə arasında məsləhətləşdirilmiş siyasət yürüdülməsi mənfi hal deyil. Əksinə, bu, müsbət məqamdır. Çünki Ankara rəsmi Bakını ən yüksək səviyyədə dəstəkləyir. Prezident Donald Tramp administrasiyasının da Azərbaycan və Türkiyəyə münasibəti, ümumilikdə, müsbət olub. Biz bunu Trampın birinci prezidentlik dövründə də müşahidə etmişdik".
Politoloq əlavə edib ki, ABŞ-ın keçmiş prezidenti Bayden administrasiyasının dövründə isə Bakı və Ankara ilə münasibətlərdə soyuqluq yaranmışdı:
"Bayden dönəmində aparılan mənfi siyasət səbəbindən ABŞ-ın xüsusən də postmüharibə dövründə Cənubi Qafqazda mövqeləri zəiflədi. Trampın yenidən hakimiyyətə dönüşü ilə münasibətlərdə müsbət dəyişikliklər müşahidə olunur. Bu isə olduqca önəmli məqamdır".
Zeynal Əmrəliyev vurğulayıb ki, Azərbaycanın geostrateji mövqeyi, enerji təhlükəsizliyindəki rolu və iqtisadi əməkdaşlıq sahələri ABŞ-Türkiyə koordinasiyasında əsas müzakirə mövzularından biridir:
"Azərbaycan hazırda Şərqi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Xüsusən Ukrayna müharibəsindən sonra regionda enerji sahəsində ciddi boşluqlar yarandı. Bu baxımdan, Azərbaycanın rolu daha da ön plana çıxdı və Vaşinqtonun diqqətini cəlb etdi. Beləliklə Ağ Ev Bakıya yönəlik siyasətini Ankara ilə uzlaşdıraraq aparmağa çalışır".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib