Trampın prezidentlik dönəmində İLK - Ukrayna üçün bunu etdi
Tramp ilk dəfə prezident səlahiyyətlərindən istifadə edərək Ukraynaya hərbi yardım göndərir.
ABŞ Prezidenti Donald Tramp ilk dəfə olaraq Prezidentin Silah Anbarından İstifadə Səlahiyyəti (Presidential Drawdown Authority – PDA) çərçivəsində Ukraynaya hərbi yardım göndərməyi planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu haqda Reuters agentliyi ABŞ administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb. Qeyd olunur ki, bu mexanizmdən Trampın sələfi Co Bayden tez-tez istifadə edib.
Trampın komandası Ukraynaya hansı silahların göndəriləcəyini müəyyənləşdirir. Mənbələrin bildirdiyinə görə, hərbi yardım paketinin dəyəri 300 milyon dollara çata bilər. Paketin tərkibinə "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlər və orta mənzilli hücum raketləri daxil ola bilər, lakin bu barədə yekun qərar hələ verilməyib.
Prezidentin silah anbarından istifadə səlahiyyəti, fövqəladə hallarda prezidentə ABŞ silah ehtiyatlarından müttəfiqlərə yardım məqsədilə birbaşa istifadə etməyə imkan verir.
Hazırda bu mexanizm çərçivəsində ABŞ-ın Ukrayna üçün 3,86 milyard dollar dəyərində əlavə yardım ayırmaq imkanı qaldığı bildirilir.
Natiq Səlim,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
Azərbaycan nefti bahalaşdı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi