Trampın yenidən prezident seçilməsi ABŞ-Azərbaycan münasibətlərini inkişaf etdirəcək' - Deputat

Trampın yenidən prezident seçilməsi ABŞ-Azərbaycan münasibətlərini inkişaf etdirəcək' - Deputat"ABŞ Prezidenti Donald Trampın öz postuna qayıtması demokratların hakimiyyətdə olduğu dövürdə apardığı yarıtmaz siyasətinin başa çatması kimi dəyərləndirmək olar. Belə ki, Tramp səlahiyyətə başladığı ilk gündə 100 sərəncam imzaladı. O cümlədən Baydenin imzalanan 67 sərəncamı ləğv etdi. Həm də Bayden dövründə həyata keçirilən yardım proqramlarını 90 günə dayandırdı. ABŞ tarixində prezidentin fəaliyyətinin ilk günündə bu qədər sənədin imzalanması baş verməmişdi. Bu özü-özündə Trampın hakimiyyətə yeni bir ruhla qayıtdığının göstəricisidir".
Bu fikirləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Donald Trampın təntənəli inaqurasiya mərasiminin keçirilməsinə, eyni zamanda onun prezident kimi siyasətdə hansı işləri görməsinə, o cümlədən ABŞ-Azərbaycan münasibətlərindəki vəziyyətə münasibət bildirərkən deyib.
Deputat hesab edir ki, Trampın prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri yeni bir müstəvidə inkişaf edəcək:
"Tramp üçüncü dünya müharibəsinin baş verməsinin qarşısını alacağını, Rusiya-Ukrayna, Yaxın Şərq müharibələrinin dayandıracağını bəyan edib. Məhz prezidentliyinin ilk günlərində Yaxın Şərqdə atəşkəsin əldə olunması Trampın təsir gücünün nə qədər böyük olduğunun göstəricisidir. Trampın prezidentliyi dövründə ABŞ siyasəti dünyada sülh və əməkdaşlığın inkişafına yönələcəyini hesab edirəm. Bu baxımdan ABŞ-Azərbaycan münasibətləri də yeni bir müstəvidə davam edəcəkdir. Prezident İlham Əliyevin Prezident Trampa ünvanladığı təbrik məktubunda da ölkələrimiz arası münasibətlərin və əməkdaşlığın genişləndirilməsi niyyətində olduğumuzu bildirmişdir. Təbii ki, bu, yeni bir dönəm olacaqdır. Çünki Bayden administrasiyası Azərbaycana qarşı qərəzli siyasət yürüdərək regiona sülhün gəlməsinə mane olurdu. Amma hesab edirəm ki, Tramp Cənubi Qafqaza sülhün və əməkdaşlığın gəlməsinə töhfə verəcək. Trampın birinci hakimiyyəti dövründə Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələrinə dəstək vermişdir. Bu dəstək Trampın yeni hakimiyyət dövründə də davam etdiriləcək".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 23 yanvar 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind


son xeberler yeni xeberler azerbaycan xeberleri qurban bayrami 2026 cəbhədən son xəbər kriminal xeberler azerbaycan