Trampın Zelenskiyə münasibəti dəyişdi - Nə baş verir?
ABŞ Prezidenti Donald Tramp son həftələrdə Ukrayna və onun lideri Volodimir Zelenski ilə bağlı daha nikbin mövqe nümayiş etdirir.
KONKRET.az xəbər verir ki, bu barədə The Wall Street Journal nəşrinə mənbələr məlumat verib.
Qəzetin həmsöhbətlərinin sözlərinə görə, Tramp Ukrayna prezidentinin dözümlülüyündən təsirlənib. Bildirilir ki, bu dəyişiklik bir neçə beynəlxalq sammit çərçivəsində keçirilən görüşlərdən sonra baş verib. Həmin görüşlər zamanı Zelenski Trampın dəstəyini qazanmağa çalışıb.
Mənbələr qeyd edib ki, bu, Avropa liderlərinin Ukrayna rəhbəri ilə ABŞ prezidenti arasında münasibətləri yaxşılaşdırmağa yönələn razılaşdırılmış səylərinin bir hissəsi olub.
Nəşrin məlumatına görə, Tramp Ukraynanın pilotsuz uçuş aparatları sahəsində imkanlarına, xüsusilə də ABŞ-ın İranla bağlı qarşıdurmada üzləşdiyi dron təhdidlərinə qarşı müdafiə qabiliyyətinə maraq göstərib.
ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələrindən biri bildirib ki, Tramp qalibləri sevir və onun fikrincə, Zelenski getdikcə belə bir lider təsiri bağışlayır.
Bununla belə, The Wall Street Journal yazır ki, Trampın Zelenskiyə qarşı yeni münasibətinin davam edib-etməyəcəyi hələ açıq sual olaraq qalır. Trampa yaxın şəxslər bildiriblər ki, onun mövqeləri bəzən sürətlə dəyişə bilir.
Onların sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Trampa və onun bəzi köməkçilərinə öz mövqeyini təsirli şəkildə çatdıra bilib.
Ağ Ev nümayəndəsi isə bildirib ki, Tramp və onun komandası Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında konstruktiv rol oynamağa, eləcə də hər iki tərəflə danışıqlar aparmağa hazırdır. Onun sözlərinə görə, ABŞ prezidenti sülh sazişinin əldə olunması imkanlarına nikbin yanaşır.
Müşviq Tofiqoğlu
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir