Turab Rzayev: "Bayden hakimiyyətdən getməzdən əvvəl münaqişəni qızışdırmağa çalışır"

Turab Rzayev: ABŞ-də Bayden hakimiyyəti sona yaxınıaşdıqca Ukrayna-Rusiya müharibəsi daha da alovlanır. Ukraynanı dayanmadan silahlandıran ABŞ uzaqmənzilli ballestik raketlərlə Rusiyanın dərinlikləriniə zərbələr endirməyə də icazə verib. Ukrayna ərazisində Rusiya ilə müharibə aparan ABŞ bununla Rusiyanı zəiflətmək niyyəti güdür. Eyni zamanda Bayden adminstrasiyası Trampın andiçməsinə qədər ona böyük bir problem qoyub getməyi planlaşdırır.
Məsələylə bağlı KONKRET.az-a açıqlama verən politoloq Turab Rzayev bildiridi ki,  eyni vaxtda bir neçə hədəfin olması mümkündür: "Bunlardan biri də  Trampın Rusiyaya yaxınlaşmasına mane olmaqdır. Bayden adminstrasiyası çalışır ki, bunun qarşısını alsın. Trampın Ukrayna ilə Rusiya arasında sülh yaratmaq niyyəti onların maraqlarına uyğun deyil. Eyni zamanda Bayden çalışır ki, Putinin sühpərvər görünməsinin qarşısını alsın. Ona görə də Baydenin narahatlığını başa düşmək olar. Eyni zamanda ABŞ-nin dövlət sisteminin məsələyə öz baxışı var. Hələ Tramp birinci prezidentliyi dövründə  nə qədər çalışsa da, Rusiya-Ukrayna münasibətlərini yaxşılaşdıra bilmədi. ABŞ-nin dövlət sistemi onu məcbur etdi ki, Tramp özündən əvvəlki prezidentlərdən daha sərt davransın və Rusiyaya qarşı sərt mövqe nümayiş etdirsin".
Turab Rzayev: Daha sonra ABŞ-nin dövlət institutlarının  rolunu qabardan politoloq bildirdi ki, bu məsələdə təkcə Bayden deyil, Pentaqonda maraqlı görünür: "Xarici siyasətdə, xüsusilə hərbi məsələdə Pentaqonun xüsusi çəkisi var. Digər tərəfdən onlara elə gəlir ki, Tramp istədiyi sülh müqaviləsini əldə edə bilməyəcək. Eyni zamanda Bayden hakimiyyətdən getməzdən əvvəl münaqişəni o həddə çatdırmağa çalışır ki, Tramp istəsə belə onu düzəltmək çətin olsun. Buna paralel olaraq Rusiyanın da aqressiv açıqlamalarını görürük. Moskvada da müharibənin genişlənməsinin fərqindədir və ruslar düşünür ki, indiki halda buna sərt cavab verməsələr ABŞ-nin Ukraynaya verdiyi hərbi yardım daha çox arta bilər. Buna görə də, Rusiya da öz mövqeyini sərtləşdirib. Çox güman ki, Tramp Ukraynaya silah verilməsinə qarşı olmayacaq. Hər iki tərəfə təzyiq etməyin yolları var və Tramp bunu çox gözəl bilir. Çox güman ki, Ukraynanı həddindən artıq silahlandırıb Rusiyanı küncə sıxacaq və razılıq əldə olunacaq. Ya da əksinə Ukraynaya silah verilməsini dayandırmaqla Rusiya ilə ortaq məxrəcə gələcək".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 26 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son xəbərlər en sonxeber qarabag cəbhədən ən son xəbər