Tural Gəncəliyev Los-Ancelesdə Amerika Yəhudi Komitəsinin rəhbərliyi ilə görüşdü - FOTO

Tural Gəncəliyev Los-Ancelesdə Amerika Yəhudi Komitəsinin rəhbərliyi ilə görüşdü - FOTOTural Gəncəliyev Los-Ancelesdə Amerika Yəhudi Komitəsinin rəhbərliyi ilə görüşdü - FOTO
Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndə heyəti ABŞ-ın LosAnceles şəhərinə səfər çərçivəsində ABŞ-ın ən qədim yəhudi təşkilatı olan nüfuzlu Amerika Yəhudi Komitəsinin (AYK) Los-Anceles bölməsinin rəhbərliyi ilə görüşüb.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, konsulluğun təşkilatçılığı ilə keçirilən görüşdə çıxış edən AYK-nin Los-Anceles bölməsinin prezidenti Skot Edelman hər kəsi salamlayaraq, Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndə heyətini qəbul etməkdən şərəf duyduqlarını ifadə edib. 
S.Edelman təmsil etdiyi təşkilat haqqında məlumat verərək, AYK-in nəinki yəhudi xalqı üçün, bütün insanlar üçün təhlükəsiz gələcək qurmaq istiqamətində çalışdıqlarını bildirib.
Daha sonra Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək, Azərbaycanın AYK ilə uğurlu əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd edib. N.Ağayev Ermənistan-Azərbaycan münaqişəsi haqqında danışaraq, Ermənistanın təcavüzü nəticəsində nəticəsində 1 milyona yaxın dinc azərbaycanlının öz yurdlarından didərgin salındığını və AYK kimi təşkilatların bu ədalətsizliyə qarşı səslərini ucaltmasının vacibliyini vurğulayıb.
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev çıxışında Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə ətraflı danışıb. T.Gəncəliyev bu qədər insanın əsrlər boyu yaşadıqları öz ana yurdlarından didərgin salınmasının böyük bir hüquq pozuntusu və ədalətsizlik adlandıraraq, Ermənistan tərəfindən işğala son qoyulmaqla bu haqsızlığın tezliklə aradan qaldırılmalı olduğunu dilə gətirib.
Nümayəndə heyətinin üzvləri Gülməmməd Məmmədov və Xocalı şahidi Dürdanə Ağayeva öz çıxışlarında Ermənistanın təcavüzü nəticəsində özlərinin və ailə üzvlərinin çəkdiyi iztirablardan danışaraq, öz həyat hekayələrini bölüşüblər.
Sonra AYK-in Los-Anceles üzrə regional direktoru Riçard Hirşaut çıxış edərək, natiqlərin çıxışlarından çox təsirləndiklərini bildirib və bu faktları təşkilat üzvləri ilə bölüşdükləri üçün Azərbaycan nümayəndə heyətinə təşəkkür edib.
Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndə heyəti həm gün ABŞ-ın ən nüfuzlu sinaqoqlarından olan Sinay Sinaqoqunun ravvini Deyvid Uolpi və sinaqoqun rəhbərliyi ilə də görüşüb. Qeyd edək ki, D.Uolpi "Newsweek" jurnalı tərəfindən ABŞ-ın ən nüfuzlu ravvini, "Jerusalem Post" qəzeti tərəfindən isə dünyanın ən nüfuzlu 50 yəhudisindən biri adlandrılıb. D.Uolpinin rəhbərliyi altında Sinay Sinaqoqunun 50 nəfərdən ibarət nümayəndə heyəti Baş Konsulluğun təşkilatçılığı ilə 2015-ci ildə Azərbaycanda səfərdə olub.
Sözügedən görüşdə Ermənistanın ölkəmizə qarşı təcavüzü, işğalın acı nəticələri, günahsız insanların öz yurdlarından zorla çıxarılması, işğal olunmuş ərazilərimizdə tarixi, dini və mədəniyyət abidələrimizin və qəbiristanlıqların tamamilə məhv edilməsi və ya alçaldılması kimi vəhşiliklər barədə ətraflı məlumat verilib.
Tural Gəncəliyev Los-Ancelesdə Amerika Yəhudi Komitəsinin rəhbərliyi ilə görüşdü - FOTOTural Gəncəliyev Los-Ancelesdə Amerika Yəhudi Komitəsinin rəhbərliyi ilə görüşdü - FOTOTural Gəncəliyev Los-Ancelesdə Amerika Yəhudi Komitəsinin rəhbərliyi ilə görüşdü - FOTOTural Gəncəliyev Los-Ancelesdə Amerika Yəhudi Komitəsinin rəhbərliyi ilə görüşdü - FOTOTural Gəncəliyev Los-Ancelesdə Amerika Yəhudi Komitəsinin rəhbərliyi ilə görüşdü - FOTOTural Gəncəliyev Los-Ancelesdə Amerika Yəhudi Komitəsinin rəhbərliyi ilə görüşdü - FOTO

Sosial       Tarix: 19 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda işıq pulu ləğv edilə bilər

Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərp

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - FOTO

"Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinə yeni rəis müavini təyin edilib. " "a istinadən xəbər verir ki, bununla QSC sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rəşad Əliyev QSC-ni

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm


yeni xeberler son xeberler azerbaycan xeberleri bugun xeberler novruz bayramı ensonxeberler cəbhədən son görüntülər