TuranBank beynəlxalq fonddan maliyyə vəsaiti cəlb etdi

TuranBank beynəlxalq fonddan maliyyə vəsaiti cəlb etdiFəaliyyətində gender bərabərliyi prinsiplərini və qadınların maliyyə imkanlarının genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edən TuranBank ASC beynəlxalq tərəfdaşlarla əməkdaşlığını uğurla davam etdirir. Bank bu istiqamətdə növbəti mühüm addım ataraq Belçikanın nüfuzlu Incofin İnvestisiya Fondu ilə əməkdaşlıq çərçivəsində "Global Gender-Smart Fund S.A., SICAV" (GGSF) fondundan 3 il müddətinə 5 milyon ABŞ dolları ekvivalentində yerli valyutada maliyyə vəsaiti cəlb edib.
Cəlb olunan vəsait regionlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq (KOB) subyektlərinin maliyyələşdirilməsinə yönəldiləcək. Maliyyə xətti çərçivəsində xüsusilə qadınların rəhbərlik etdiyi və ya onlara məxsus bizneslərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Bu isə qadın sahibkarların biznes fəaliyyətinin inkişafına, yeni iş yerlərinin yaradılmasına və ölkədə inklüziv iqtisadi artımın sürətlənməsinə töhfə verəcək.
Qadınların iqtisadi fəallığının artırılması və maliyyə resurslarına bərabər çıxış imkanlarının təmin edilməsi dayanıqlı inkişafın əsas şərtlərindən biri hesab olunur. Beynəlxalq təcrübə göstərir ki, qadın sahibkarlığının dəstəklənməsi iqtisadiyyatın şaxələndirilməsinə, innovasiyaların təşviqinə və sosial rifahın yüksəlməsinə mühüm təsir göstərir. TuranBank da öz fəaliyyətində bu prinsipləri rəhbər tutaraq gender bərabərliyinin təşviqinə və qadınların iqtisadi imkanlarının genişləndirilməsinə xüsusi önəm verir. Eyni zamanda, cəlb olunan vəsait sahibkarlıq subyektlərinin yerli valyutada uzunmüddətli maliyyə resurslarına çıxışını genişləndirməklə onların valyuta risklərindən qorunmasına və maliyyə dayanıqlığının artırılmasına xidmət edəcək.
Sözügedən saziş beynəlxalq maliyyə institutlarının TuranBankın maliyyə sabitliyinə, korporativ idarəetmə standartlarına və şəffaf fəaliyyətinə olan etimadının növbəti təsdiqidir. Əməkdaşlıq Bankın maliyyə inklüzivliyinin artırılması, qadın sahibkarlığının dəstəklənməsi və dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək istiqamətində həyata keçirdiyi strategiyanın mühüm tərkib hissəsidir.
TuranBank bundan sonra da beynəlxalq tərəfdaşlarla əməkdaşlığını genişləndirərək qadın sahibkarlığının inkişafına, maliyyə əlçatanlığının artırılmasına və ölkədə inklüziv iqtisadi inkişafın dəstəklənməsinə öz töhfəsini verməyə davam edəcək.
Global Gender-Smart Fund haqqında
Global Gender-Smart Fund inkişaf etməkdə olan ölkələrdə maliyyə institutlarına borc maliyyələşməsi təqdim edən, dünyada genderyönümlü ən böyük investisiya fondudur. GGSF-nin məqsədi maliyyə xidmətlərinə kifayət qədər çıxışı olmayan qadınların, eləcə də qadınların rəhbərlik etdiyi və onlara məxsus bizneslərin genderhəssas və məsuliyyətli maliyyə xidmətlərinə çıxışını genişləndirməkdir.
İnklüziv maliyyə sistemlərinin gücləndirilməsi vasitəsilə GGSF həyat səviyyəsinin yüksəldilməsinə, gender balansının və maliyyə xidmətlərinə çıxışın genişlənməsinə, həmçinin inkişaf etməkdə olan bazarlarda qadınların liderliyinin artmasına töhfə verir.
GGSF Innpact Fund Management tərəfindən idarə olunur və fondun fəaliyyətində dərin bazar təcrübəsinə və güclü təsiryönümlü yanaşmaya malik üç aparıcı özəl portfel meneceri iştirak edir. Bu layihə çərçivəsində TuranBank ilə əlaqələrin qurulması, monitorinqi və idarə olunmasına görə Incofin Investment Management məsuliyyət daşıyır.
Ətraflı məlumat üçün: www.ggs-fund.com 
TuranBank ASC haqqında
TuranBank ASC 1992-ci ildə təsis edilmiş və Azərbaycanın ən etibarlı maliyyə institutlarından biri kimi fəaliyyət göstərir. Bank müştərilərinə beynəlxalq standartlara uyğun geniş çeşidli maliyyə xidmətləri təqdim edir. Hazırda ölkə üzrə 22 xidmət nöqtəsi ilə fəaliyyət göstərən TuranBank 34 illik fəaliyyəti ərzində dayanıqlı inkişaf nümayiş etdirərək şəffaflıq, etibarlılıq və sosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçilmişdir.
Ətraflı məlumat üçün: www.turanbank.az
TuranBank
 Bizimlə etibarlıdır... / azxeber.com

İqtisadiyyat       Tarix: 13 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan xabarlar valyuta məzənnələri xeberler bu gun