Türkiyə regionu tam dəyişdi: Qafqaza qayıdır - Xaçatryan
Təbii ki, Suriyada baş verən hadisələr fonunda İsrail və Türkiyənin uğurları bölgəmizə doğru hərəkət edəcək. Türkiyə, İsrail və onların müttəfiqləri – yəni Azərbaycan – ətrafımızda cərəyan edən regional proseslərdə daha inamlı mövqedən çıxış edəcək.
KONKRET.az xəbər verir ki, bu sözləri erməni ekspert Şiraz Xaçatryan yerli mediaya geniş müsahibəsində deyib.
O bildirib ki, Rusiya və İranın Suriyada faktiki məğlubiyyəti fonunda xüsusilə Türkiyənin təsir imkanlarının son dərəcə genişlənməsi regional tənzimləmədə əhəmiyyətli dəyişiklik deməkdir:
"Hazırda regionumuzda daha aktiv addımlar atmaq, böyük oyunçularla yeni sövdələşmələr aparmaq üçün Türkiyənin əla fürsəti yaranıb. Deməli, Suriyada hərbi və siyasi baxımdan yekun nizamlanmadan sonra bölgəmizdə maraqlı inkişaflar başlaya bilər".
Onun sözlərinə görə, Suriyada müxalifətin hakimiyyətə gəlməsi ilə İran Hizbullaha çatmaq üçün əsas quru yolunu, eyni zamanda, bu ölkədə İsraillə döyüşmək imkanı olan proksilərini itirdi:
"Bundan əlavə, İranın Aralıq dənizinə çıxışı daha da çətinləşdi və məhdudlaşdı. Deməli, Əsədin gedişi vəziyyəti kökündən dəyişir və İranın bölgədəki mövqeyi zəifləyir, o özünün proksi qüvvələri ilə əlaqədən və kommunikasiyalara nəzarətdən məhrum olur.
Hazırda görünən odur ki, ABŞ və kollektiv Qərb müttəfiqləri Türkiyə və İsrail timsalında Suriyada ciddi uğurlar qazanıb, orada Rusiya və İranın mövqelərini zəiflədiblər. Xüsusilə də Türkiyənin Yaxın Şərqdə uğurları bölgəmizdə davam edəcək. Necə, hansı alətlərlə və hansı məsələlər çərçivəsində? Aydındır ki, Türkiyə üçün ilk və əvəzolunmaz layihələrdən biri Zəngəzur dəhlizidir. Türkiyə də dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizi ilə bağlı problem Ermənistanda deyil, İrandadır. Və hadisələrin necə inkişaf edəcəyi, Suriyadan sonra Yaxın Şərqdə hansı hərbi-siyasi vəziyyətin yarana biləcəyi, İranın ətrafındakı halqanın necə daralacağı və İranın bu çağırışlara necə reaksiya verəcəyi məsələsi var".
O, təəssüflə qeyd edib ki, artıq İran ətrafında dairə daralır./axaraz
Xidmetler [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi