Türkiyə Suriya ilə Rusiyanın bu ölkə sərhədində hərbi baza yaratması ilə bağlı iddialara münasibət bildirdi
Türkiyə Suriya ilə Rusiyanın bu ölkə sərhədində hərbi baza yaratması ilə bağlı iddialara münasibət bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.
O söyləyib ki, bu, PKK/SDG/PYD-YPG terror təşkilatlarının həmin ərazidə zəifləməsi kimi qiymətləndirilməlidir: "Bölgədə hücuma cəhd olarsa, artıqlaması ilə cavab verəcəyik".
Z.Aktürk həmçinin ərazidə çoxlu sayda türkiyəli hərbçinin şəhid olması ilə bağlı iddiaları da təkzib edib: "Əməliyyatlarımız uğurlu və effektiv şəkildə davam edir. İraqla koordinasiyamız da hər ötən gün inkişaf edir. Terror təşkilatları və onlara aid media orqanları zaman-zaman dezinformasiyalar yayırlar. Bu, onların son çırpıntılarıdır".
Qurum rəsmisinin sözlərinə görə, son vaxtlar ərazidə öldürülən terrorçuların sayının artması Türkiyə Silahlı Qüvvələrinin müntəzəm əməliyyatlar aparmasının göstəricisidir: "Oradakı mağaralardakı terrorçular yavaş-yavaş təmizlənir. Ərazi tamamilə təmizlənənə qədər əməliyyatlar davam edəcək. Çox az qalıb".
Qeyd edək ki, daha əvvəl Rusiya və Suriyanın Türkiyə ilə sərhəddə baza yaratmasına dair məlumat yayılmışdı.

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar