Türkiyədə hoteldəki yanğında ölənlər və yaralananlar arasında Azərbaycan vətəndaşları var?
Türkiyənin Bolu vilayətində yerləşən "Kartalkaya" dağ-xizək kurortundakı hoteldə baş verən yanğın nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır.
KONKRET.az xəbər verir ki, bu barədə trend-in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
"Yanğında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır", – o bildirib.
Xatırladaq ki, "Kartalkaya" dağ-xizək kurortunda yerləşən hoteldə güclü yanğın baş verib.
Yanğın ötən gecə yerli vaxtla 03:30 radələrində 11 mərtəbəli binanın dördüncü mərtəbəsində başlayıb. Hadisə yerinə 30 yanğınsöndürən maşın və 28 təcili tibbi yardım maşını səfərbər olunub.
Hadisə nəticəsində azı 10 nəfər həlak olub, 32 nəfər yaralanıb.
Bolunun valisi Əbdüləziz Aydın yanğının səbəbinin hələ ki, məlum olmadığını desə də, alovun restoranın yerləşdiyi mərtəbədən başladığını ehtimal edir. Hadisə zamanı hoteldə 234 qonaq olub.

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi