Türkiyəli fotoqraf NATO-nun təşkil etdiyi müsabiqənin qalibi oldu - FOTO

Türkiyəli fotoqraf NATO-nun təşkil etdiyi müsabiqənin qalibi oldu - FOTOTürkiyəli fotoqraf NATO-nun təşkil etdiyi müsabiqənin qalibi oldu - FOTO
Türkiyəli fotoqraf Cem Doğut NATO Hava Komandanlığının rəsmi "X" hesabı vasitəsilə təşkil etdiyi döyüş təyyarələrinin havadan çəkilişləri üzrə müsabiqənin qalibi olub.
"İlin ən sevdiyiniz təyyarə şəkli hansıdır?" başlıqlı müsabiqədə qaliblər səsvermə yolu ilə təyin ediliblər və dörd ölkədən olan fotoqrafların işləri səsə qoyulub.
Türkiyəli aviasiya fotoqrafı və tədqiqatçısı Cem Doğut və aviasiya fotoqrafları Kristian Şrik, Bartek Bera və Covanni Kolla əsas mükafat uğrunda yarışıblar.
Müsabiqədə 32 min 259 səs verilib və Cem Doğutun çəkdiyi Polşa Hərbi Hava Qüvvələrinə məxsus "F-16" təyyarəsinin fotosu 56,3 faiz səslə ən çox bəyənilən foto olub. Polşalı müstəqil fotoqraf Bartek Bera tərəfindən Fransanın "Dassault Rafale" döyüş təyyarəsinin Baltikyanı bölgədə yaxından çəkilmiş fotosu 36,6 faizlə ikinci yeri qazanıb. İtaliyalı Covanni Kollanın hava şousundan çəkilmiş fotosu isə 4,3 faizlə üçüncü yerə layiq görülüb. Kristian Şrikin çəkdiyi Niderland Krallıq Hərbi Hava Qüvvələrinə məxsus "F-35" təyyarəsinin fotosu 2,8 faiz səslə sonuncu yerdə qərarlaşıb.
Cem Doğut NATO müsabiqəsində birincilik əldə edən foto ilə bağlı məlumat verib. O, fotonun 31 oktyabr 2023-cü ildə Polşanın Malbork şəhərində çəkildiyini bildirib.
"Fotonu NATO Hava Komandanlığının mətbuat tədbirində çəkmişəm. İtaliya Hərbi Hava Qüvvələrinə məxsus "F-35A" təyyarələri Malbork şəhərində NATO-nun Hava Polisi missiyasını yerinə yetirirdi. Tədbir bu missiyanın tanıdılması məqsədi daşıyırdı. Oxşar bir missiya üçün Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-16"lar hazırda Rumıniyadadır. İtaliya "F-35"ləri ilə yanaşı ev sahibi Polşanın "F-16"ları da uçurdu. Biz fotoqraflar uçuş zamanı Polşa Hərbi Hava Qüvvələrinə məxsus "C295" yük təyyarəsinin arxa qapısından təyyarələrin fotolarını çəkdik. Birinci yeri qazanan fotonu da bu zaman çəkmişəm", - deyə o qeyd edib.
Türkiyəli fotoqraf NATO-nun təşkil etdiyi müsabiqənin qalibi oldu - FOTOTürkiyəli fotoqraf NATO-nun təşkil etdiyi müsabiqənin qalibi oldu - FOTOTürkiyəli fotoqraf NATO-nun təşkil etdiyi müsabiqənin qalibi oldu - FOTOTürkiyəli fotoqraf NATO-nun təşkil etdiyi müsabiqənin qalibi oldu - FOTOMənbə: Haber Global / oxu.az

Maraqlı       Tarix: 16 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun 2026 cəbhədən son xəbər son xeberler bugun 2026 canli son.xabar