Türkiyənin ən varlı beş aktyorunun adı açıqlandı - FOTO
Türkiyənin ən varlı beş aktyorunun adı açıqlandı - FOTO
Türkiyənin dəbdəbəli həyatları ilə diqqət çəkən beş aktyorunun sərvəti açıqlanıb.
Dünyaca məşhur ulduzların sərvətləri barədə məlumat verən "Celebsrevealed.com" saytında bu dəfə Türkiyənin ən zəngin sənətçiləri yer alıblar.
"Lale devri", "Medcezir", "Fi" və son olaraq "Aile" kimi seriallarda rol alan Serenay Sarıkaya siyahıda beşinci yerdə qərarlaşıb. Sarıkayanın mal varlığı 186 milyon Türkiyə lirəsi təşkil edib.
İş adamı Hakan Sabancı ilə münasibətləri və daim tənqid hədəfinə tuş gələn aktyorluğu ilə gündəmdə olan Hande Erçel siyahının dördüncü pilləsində yer alıb. Handenin sərvəti 249 milyon Türkiyə lirəsidir.
Üçüncü yerdə son zamanlar jurnalistlərlə etdiyi mübahisələri gündəmdə olan və hazırda aktyorluq karyerasını İtaliyada davam etdirən Can Yaman qərarlaşıb ki, onun mal varlığının 10 milyon dollar, yəni 311 milyon Türkiyə lirəsi olduğu bildirilib.
Siyahının ikinci pilləsində "Muhteşem yüzyıl" serialı ilə məşhurlaşan Meryem Üzerli yer alıb. Üzerlinin sərvəti 10 milyon dollar, yəni 311 milyon Türkiyə lirəsidir.
Ən son "Aile" serialında rol alan Kıvanç Tatlıtuğ serial və filmlərlə yanaşı, bir çox reklamlarda da oynayır. Tatlıtuğun sərvəti 15 milyon dollar, yəni 466 milyon Türkiyə lirəsidir.





Mənbə: Haber Global / oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR