Üç həftə ərzində iki dəfə hamilə qaldı, iki oğlu dünyaya gəldi - FOTO
Üç həftə ərzində iki dəfə hamilə qaldı, iki oğlu dünyaya gəldi - FOTO
İngiltərənin Bedfordşir qraflığının sakini Qabriela Krsitmas üç həftə ərzində iki dəfə hamilə qalıb və əkiz uşaq dünyaya gətirib.
Bu barədə "The Mirror" xəbər verib.
Bildirilir ki, hamiləliyin beşinci həftəsində 30 yaşlı britaniyalının ultrasəs müayinəsi zamanı həkimlər dölün yanında kiçik kölgə görüblər. Yeddi həftə sonra, bunun üç həftə sonra döllənən ikinci uşaq olduğu aydın olub.
Həkimlər Kristmasın superfetasiya (qadınların 0.3 faizində rast gəlinən nadir anomaliya) keçirdiyini bildiriblər.
Uşaqlar qeysəriyyə əməliyyatı ilə dünyaya gəliblər. Böyük qardaş Eduardo 2,8 kq, kiçik qardaşı Ezra isə 1,98 kq olub. Kristmas ikinci uşağın vaxtından əvvəl dünyaya gəldiyi üçün reanimsasiyada qalacağından narahat olsa da, o, böyük qardaşı kimi sağlam olub.
"Onlar əkizdirlər, çünki eyni gündə doğulublar və eyni valideynləri var. Ancaq bu, eyni anda davam edən iki fərqli hamiləlik idi", - deyə Kristmas bildirib.
Onun sözlərinə görə, uşaqlara fərqli boylara sahib olduqları üçün fərqli ölçülərdə paltar almalı olur. Bu səbəbdən ətrafdakılar uşaqlarının əkiz olduğuna inanmırlar.
"Onlar yüz faiz əkizdir, çünki aralarında güclü bir əlaqə var. Ancaq eyni zamanda tamamilə fərqlidirlər. Eduardo sakit və yaradıcıdır, Ezra səs-küylüdür, hər şeyi dağıtmağı sevir", - deyə Kritmas vurğulayıb.






Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR