Üçüncü dünya müharibəsini də Almaniya başlada bilər

Üçüncü dünya müharibəsini də Almaniya başlada bilərRusiyanın müdafiə naziri Andrey Belousov iyulun 12-də ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə söhbətində Pentaqonun rəhbərinə Kiyev və Vaşinqtonun hərəkətləri səbəbindən nəzarətsiz eskalasiyanın mümkünlüyü barədə çox ciddi xəbərdarlıq göndərib. 
KONKRET.az xəbər verir ki,bunu "TASS"a Rusiyanın xarici işlər nazirinin müavini Serqey Ryabkov deyib. Onun sözlərinə görə, Amerika nümayəndələri ilə dövlət və diplomatik standartlara görə orta səviyyədən yuxarı olan bütün təmaslar sırf utilitar (etik nəzəriyyə – qeyd) məqsədlər güdür. İki ölkənin müdafiə nazirləri arasında son təmas da bu baxımdan istisna olmayıb: "Rusiya tərəfdən ABŞ-a Kiyevin Vaşinqtonun birbaşa müdaxiləsi olmadan ağlasığmaz yeni mümkün təxribatları ilə bağlı çox ciddi xəbərdarlıq göndərilib. Bu xəbərdarlıq tamamilə idarəolunmaz nəticələrə səbəb ola biləcək daha təhlükəli eskalasiyanın qarşısını almaq üçün verilib". Göründüyü kimi, üçüncü dünya müharibəsi riski qalmaqdadır. Bununla belə, Ukrayna müharibəsində NATO ordusu iştirak etmir. "Üçüncü dünya müharibəsi başlaya bilər". Almaniyanın müdafiə naziri Boris Pistorius ZDF telekanalına müsahibəsində belə demişdi. Nazir bildirmişdi ki, Avropada üçüncü dünya müharibəsi Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi və Rusiyanın Ukraynaya qarşı ikinci ildir apardığı hərbi əməliyyatlar fonunda başlaya bilər. Nazirin sözlərinə görə, Almaniya belə bir ssenariyə hazır olmalıdır: "Biz Avropada müharibə təhlükəsinin ola biləcəyi ehtimalına öyrəşməliyik".
"Almaniya Kiyevi yaxşı müdafiə edən NATO ölkələrindən biridir. Berlin "Şimal axını-2″ layihəsini də dayandıran tərəfdir. İndiyə qədər Ukraynaya böyük silah partiyası tədarük edib. Təkcə "Taurus" raketlərini vermir. Bununla belə, Ukrayna ilə təhlükəsizlik sazişi də imzalayıb. Hazırkı addımlara gəlincə, Rusiya ilə birbaşa müharibəni istisna edirəm. Təlimlər güc nümayişidir. Rusiyanın da Hərbi Dəniz Qüvvələri təlimlərə start verib" – professor Qabil Hüseynli "Yeni Müsavat"a belə söylədi. Politoloq NATO əsgərinin rus hərbçisi ilə üzbəüz döyüşünü proqnozlaşdırmır və hesab edir ki, eskalasiya riski yüksək olsa belə, tərəflərdən toqquşmadan çəkinirlər. Q.Hüseynli vurğuladı ki, NATO və Rusiya qoşunlarının hərbi əməliyyatlara başlaması dünya üçün fəlakət vəd edir: "Bunu tərəflər dərk edirlər. O baxımdan müdafiə bloku Kiyevə yardım göndərir, amma özü iştirakçı olmur. Əslində Alyans münaqişə tərəfinə çevrilib və dolayısı ilə Rusiya ilə müharibə şəraitindədir. Hətta "Soyuq müharibə" dövründə bu dərəcədə gərginlik və böhran olmamışdı. İndi daha kövrək beynəlxalq münasibətlər sistemi mövcuddur və dünya gücləri bundan da ağırının olmaması üçün çalışırlar. Hər halda, istər Almaniya, istər ABŞ Rusiya ilə müharibəni birbaşa deyil, indiki şəkildə davam etdirəcəklər". Professor qeyd etdi ki, tarixin hər iki müharibəsini almanlar uduzublar, indiki savaşda isə müttəfiqlər fərqlidir: "ABŞ Hitler faşizminə qarşı Sovet İttifaqının yanında olmuşdu. İndi biz rus işğalına qarşı ABŞ, Britaniya, Fransa və Almaniya kimi dövlətləri müttəfiq qüvvələr kimi görməkdəyik. Ona görə ehtimal edilən üçüncü dünya müharibəsi başlasa belə, bunun Almaniyadan başladığını söyləmək olmayacaq. Çünki bu dəfə müharibəni ruslar başladıblar./Musavat.com

Siyasi       Tarix: 01 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbərlər cebheden xeber kriminal son xəbər