Üçüncü müharibə ritorikası - Ordumuz ermənilərə ciddi cavab verəcək
Son günlər Ermənistan mediasında yeni müharibə ilə bağlı fikirlər səsləndirilir. Qonşu ölkənin KİV-ləri bu əməliyyatların COP29-dan əvvəl və ya sonra baş tuta biləcəyini iddia edirlər. Ehtiyatda olan erməni əsgərlərinin təlimlərə cəlb edilməsi və son günlər qarşı tərəfin müxtəlif təxribatlara əl atması, mümkün əməliyyatlar risqini artırır. Bu barədə ekspertlər nə düşünürlər?
Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev KONKRET.az-a açıqlamasında təxribatların davamlı hal aldığını qeyd etdi:
"Məlum olduğu kimi, Ermənistan tərəfi son həftələrdə ciddi təxribatlara əl atır. Sözügedən məsələ artıq davamlı hal alır. Buna görə də yalnız erməni deyil, qonşu ölkələrin mediası da Azərbaycanın bu təxribatlara cavabsız qalmayacağını qeyd edir və ehtimallar səsləndirirlər. Baxın, COP29-u zaman vahidi kimi götürürlər, ancaq bunun mövzu ilə birbaşa əlaqəsi yoxdur. Bu tədbiri nə Müdafiə Nazirliyi keçirir, nə də Dövlət Sərhəd Xidməti. Hər bir qurumun özünün təyinatı var və ona uyğun hərəkət edirlər".
Ə.Verdiyev Ordumuzun təxribatlara ciddi cavab verəcəyini bildirdi:
"Əgər təxribatlar davam edərsə və Azərbaycan hərbi qulluqçularının sağlamlığına zərər dəyərsə, Ordumuz ən sərt çəkildə ermənilərə cavab verəcək. Ölkəmiz bu kimi hallarda COP29-un başa çatmasını gözləməyəcək. Ermənistan yenə də bu qarşıdurmada itirən tərəf olacaq. Dəmir yumruq onların başını əzəcək, silah, ordu arsenalına ciddi zərər verəcək. Hətta təxribatların sonu ermənilərin ərazi itirməsinə də gətirib çıxara bilər. Onlar fəaliyyətlərinə düzəlişlər etməlidirlər. Əks halda heç nə istədikləri kimi olmayacaq".
Məlik Məlikov,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar