Ukrayna - Rusiya müharibəsində gərginlik pik həddə çatdı: Nüvə silahından istifadə ediləcək? - AÇIQLAMA

Ukrayna - Rusiya müharibəsində gərginlik pik həddə çatdı: Nüvə silahından istifadə ediləcək? - AÇIQLAMAXəbər verdiyimiz kimi, bu gün səhərdən etibarən Ukraynada vəziyyət yenidən gərginləşib. Rusiya qoşunları Ukraynanın paytaxtı Kiyevi və digər şəhərləri ağır raket atəşinə məruz qoyub. 
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının paytaxt Kiyev və digər vilayətlərə raket zərbəsi endirməsinə münasibət bildirib və xalqı sığınacaqları tərk etməməyə çağırıb.
Dövlət başçısı teleqramda yazıb ki, Rusiya 229-cu gündür Ukrayna xalqını məhv etməyə, yer üzündən silməyə çalışır.
Bəs hazırkı vəziyyətdə Ukraynanın taleyi ilə bağlı gözləntilər nələrdir?
Politoloq Tofiq Abbasov məsələ ilə bağlı azxeber.com-a fikirlərini bildirib.
Ukrayna - Rusiya müharibəsində gərginlik pik həddə çatdı: Nüvə silahından istifadə ediləcək? - AÇIQLAMAO, qeyd edib ki, nüvə silahının ortaya gəlməsi də əsas istəklərdən biridir:
"Ukrayna ilə bağlı vəziyyət gərginləşir və görünən odur ki, bu gərginliyi lap qaynar nöqtəyə çatdırmaq istəyən qüvvələr var. Heç də istisna deyil ki, onların istəyi nüvə silahının ortaya gəlməsidir. Bir yandan Rusiya deyir ki, istifadə edə bilər, biz zarafat etmirik. Kənar qüvvələr var ki, onlar qızışdırıcı mövqedən çıxış edərlər və hər iki tərəfi təhrik edirlər ki, onlar sülh barədə düşünməsinlər. Qarşıdurma zolağı genişlənsin. Nəhayət, kuliminasiya nöqtəsi yaşansın. Kuliminasiya nöqtəsi bir çox insanları qorxudur, düşündürür. Çünki bir növ belə münaqişələr olanda hər hansı qüvvələr sülh mövqesindən çıxış etməyə çalışırlar. Ancaq burada Minks formatı deyilən bir 4-lük var idi, başqa təkliflər var idi ki, Ukrayna ilə Rusiya arasında rublikon keçilməsin. İndiki halda biz görürük ki, Qərb dövlətlərinin liderləri də bir növ bu prosesdən uzaqlaşırlar. Anlayırlar, nə baş verir. Rusiyanı da hədələyirlər. Ancaq bunlar bir o qədər də təəssürat doğurmur. Çünki sözdür, dünən deyildi, bu gün yaddan çıxdı. Bu məqamda gözləntilər heç də ürəkaçan deyil. Hərbi ekspertlər də döyüşlərin şiddətləndiyini bildirirlər. Belə olan halda ən arzuolunmaz dönüş baş verə bilər". 
Politoloq qeyd edib ki, Krım körpüsünün də partladılması təsadüf deyildi:
"İndi bəziləri deyirdi ki, bu, Ukraynanın işidir, Ukrayna deyir Rusiyanın işidir, vəziyyəti qəlizləşdirməyə çalışırlar. İndi tərəflər həm də bir-birini psixoloji cəhətdən imtahana çəkirlər. İstəyirlər ki, qarşı tərəfi kobud səhvlərə sövq etsinlər". 
Tofiq Abbasovun sözlərinə görə, dünya nizamı artıq əməldə mövcud deyil:
"Zelenski deyirsə ki, biz Putinlə danışıqlara getməyəcəyik, əgər başqa kəs Rusiyaya rəhbər gəlsə, bu haqda düşünərik. Digər tərəfdən də Putin deyir ki, Zelenski bütün kələfin ucunu itirmiş adam kimi özünü apardığından biz onu dövlət rəhbəri kimi qarşılaya bilmirik. İndi gərək beynəlxalq diplomatiya astagəllik etməsin. BMT-nin Baş Katibi özünü çox soyuqqanlı aparır. Belə kritik vəziyyətlərdə onların real dəyərləri ortaya çıxmalıdır. Amma bunların hamısının başı siyasi alverə qarışıb. Çalışırlar ki, hər vəziyyətdən özləri üçün divident götürsünlər. Təksə siyasi yox, həm də maddi divident. Bu, bir daha onu göstərir ki, dünya nizamı artıq sözdə mövcuddur, əməldə yoxdur. Artıq güc amili hər şeyi əvəz etməyə başlayıb. Ona görə də yeni bir sistem yaradılmalıdır".
Aydın Nuri

Siyasi       Tarix: 10 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son durum ən son xəbərlər hava durumu bu gune olan xeberler