Ukraynadakı Zərifə Əliyeva adına məktəbin direktoru Prezident İlham Əliyevə təşəkkür etdi
Ukraynanın İrpen şəhərindəki akademik Zərifə Əliyeva adına 12 nömrəli tam orta məktəbin direktoru, Ukraynanın Əməkdar müəllimi, "Dostluq" ordeni laureatı Valentina Antonenko Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktəbu göndərib.
azxeber.com xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
İcazə verin, Sizə səmimi salamlarımı və dərin ehtiramımı ifadə edim. Xeyirxahlığınıza görə Sizə ürəkdən təşəkkür edirəm.
Məlum olduğu kimi, akademik Zərifə xanım Əliyevanın adını daşıyan məktəbimizə Ukraynadakı hərbi əməliyyatlar zamanı ciddi ziyan dəymişdi. Sizin göstərişinizlə "SOCAR Energy Ukrayna" şirkəti məktəbimizi yeni tədris ilinədək yüksək səviyyədə təmir etdirib. Məhz Sizin sayənizdə şagirdlərimiz təhsillərini gözəl təmir olunmuş sinif otaqlarında davam etdirəcəklər. Böyük sevinc hissi keçirən şagirdlərimizin Sizə və ailənizə dualarını, xoş arzularını çatdırmaqdan məmnunam.
Möhtərəm cənab Prezident, məktəbimizin Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonundakı akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbi ilə dostluq əlaqələri var. Fürsətdən istifadə edərək Zərifə xanım Əliyevanın xatirəsinə dərin ehtiramımı bildirirəm.
Cənab Prezident, biz Sizi müdrik dövlət xadimi, doğma xalqına dərindən bağlı bir şəxsiyyət kimi tanıyırıq. Sizə hər zaman böyük qələbələr, möhkəm cansağlığı, rifah arzulayırıq".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
Meşədə qadın meyiti tapıldı: saxlanılan var
Zelenski: Qış sizin üçün də ağır olacaq
Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə
Bakı bulvarı Bibiheybət və Zığa qədər uzanacaq? - RƏSMİ CAVAB