Ümid edirik ki, Ermənistan da Zəngəzur dəhlizinin açılmasına ciddi yanaşacaq' - Deputat
"Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi zamanı qeyd etdiyi "Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır" ifadəsi bir daha təsdiq edir ki, Azərbaycan bu yolda öz qətiyyətini tam ortaya qoyub. Prezidentin iradəsi qarşısında heç bir xarici qüvvə tab gətirə bilməyəcək. Hazırkı vəziyyət Azərbaycanı qane etmirsə, deməli hər bir halda biz regiondakı vəziyyəti mütləq şəkildə öz xeyrimizə dəyişməliyik. Həqiqətən doğma torpağımız olan Naxçıvana müxtəlif yollarla getməyimiz bizi qane edə bilməz. Bu baxımdan Zəngəzur dəhlizi bizim üçün prioritet yerini tutmaqdadır".
Bu fikirləri azxeber.com-a açıqlamasında deputat Vüqar İskəndərov Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı "Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır" tezisinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Ermənistan üçün heç bir təhlükə yaratmayacaq:
"Bu bir reallıqdır ki, Zəngəzur dəhlizinin açılması Ermənistan üçün heç bir təhlükə yaratmır. Bu məsələ 10 noyabr bəyanatında da öz əksini tapıb. Açıq-aşkar qeyd olunub ki, bu dəhliz açılmalıdır. Düzdür, Azərbaycan hələlik bu məsələdə də öz səbr və təmkinini saxlayır. Ancaq bu da bir yerə qədərdir. Hələlik biz danışıqlar yolu ilə bu məsələni bitirməyi düşünürük. Ümid edirik ki, Ermənistan da regionda sülhün bərqərar olmasını istəyirsə bu məsələyə ciddi yanaşmalı və üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Çünki sülh prosesində bu amilin də böyük rolu var. Bu gün Ermənistanın silahlanması xarici havadarlara arxayın olaraq hansısa xülyalara düşməsi regiondakı gərginliyi yenidən artıra bilər. Bu bir reallıqdır ki, cənab prezidentin də qeyd etdiyi kimi Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, sadəcə olaraq, Azərbaycan bu imkanları verməyəcək. Ona görə Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi hərbi və təhlükəsizlik məsələlərinə xərclənəcək".
Mikayıl Mirzəzadə
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi