Unibank biznes sahiblərinə kredit xəttindən banka gəlmədən istifadə imkanı yaradıb

Unibank biznes sahiblərinə kredit xəttindən banka gəlmədən istifadə imkanı yaradıb"Unibank"ın onlayn kredit xətti indi biznes sahiblərinin ən çox faydalandığı məhsula çevrilib. Bu məhsul fərdi sahibkarlara və hüquqi şəxslərə kredit xətlərindən banka gəlmədən, dəqiqələr ərzində istifadə imkanı yaradır.
"Unibank" KB-nın Korporativ biznes üzrə Baş inzibatçısı Tural Hüseynov bildirib ki, onlayn kredit xətti biznes sahibləri tərəfindən çox yüksək qarşılanıb: "Bu məhsul qısa müddət ərzində müştərilərimiz tərəfindən geniş istifadə olundu. Biz əminliklə deyə bilərik ki, "Unibank"da kredit xətti olan sahibkarların hamısı indi bu xidmətdən banka gəlmədən istifadə edir, evində, işində oturub dəqiqələr ərzində kredit vəsaitini İnternet Bank vasitəsi ilə əldə edə bilir. Bu məhsulun biznes sahibləri üçün üstünlüyü hər dəfə kredit xəttindən istifadə üçün banka gəlmək zərurətini aradan qaldırması və sahibkarın zamanını dəyərləndirməsidir. Digər vacib üstünlük, biznes sahibinin ona lazım olan qədər kredit məbləğini əldə etməsi imkanıdır. Məsələn, sahibkarın 20 min manatlıq kredit xətti varsa, əvvəllər o banka dəfələrlə gəlməmək üçün lazım olmasa da belə, bu vəsaitin hamısını ilk dəfədən götürürdü. İndi isə banka gəlməyə ehtiyac olmadığından, sahibkar vəsaitin lazım olan qədərini götürür. Çünki bilir ki, istədiyi vaxt, dəqiqələr ərzində qalan vəsaitdən istifadə edə biləcək".
Onlayn tranş krediti  sahibkara aşağıdakı üstünlükləri verir:
Sahibkar banka gəlmədən, istədiyi vaxt kredit xəttindən istifadə edə bilir;
Faiz xərclərinə qənaət edir;
Sənədləşmə işləri avtomatlaşdırıldığından, hər dəfə sənədlərə imza atmağa ehtiyac qalmır;
Filialda növbədə zaman itirməməklə yanaşı, istənilən yerdən, dəqiqələr ərzində vəsaiti əldə edir.
Məhsul və xidmətlərdə rəqəmsallaşmanı hədəf götürən Unibank, hazırda biznes sahiblərinə çoxsaylı onlayn bank məhsul və xidmətləri təklif edir. Banka gəlmədən onlayn hesab açmaq, onlayn formada İB və MB qoşulmaq, onlayn overdraft kreditlərindən faydalanmaq biznes sahiblərinə istədikləri yerdə və istədikləri vaxt keyfiyyətli onlayn bank xidməti ilə təmin olunmaq imkanı yaradır.
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək "Qara Qarayev", "İçərişəhər" , "Dərnəgül", "Yasamal", 15 saylı, "Neftçilər", "Əhmədli", "Əcəmi" filiallar və "Unibank- biznes mərkəzi"nə, eləcə də "Unibank"ın bölgə filiallarına müraciət edə bilərlər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və   əldə etmək olar.
Unibank-Biznesinizə daimi dəstək! /news.milli.az

İqtisadiyyat       Tarix: 22 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bugun 2026 krminal bu gun son xəbərlər bugün 2026 krimnal xeber