Unibank özünüməşğulluq layihəsinin birinci mərhələsini başa çatdırdı - FOTOLAR
Unibank özünüməşğulluq layihəsi çərçivəsində ölkə vətəndaşlarının şəxsi bizneslərinin yaradılması prosesində fəal iştirak edir.
Azxeber.com xəbər verir ki, bank layihənin birinci mərhələsinin icrasını başa çatdırıb. Birinci mərhələ çərçivəsində Bakı və bölgələrdə yaşayan şəhid ailələri və qazilərimizə şəxsi bizneslərini yaratmaq üçün müxtəlif avadanlıqlar və heyvandarlıq paketləri təqdim edilib. Layihənin ikinci mərhələsində də şəhid ailələləri və qazilərin şəxsi bizneslərinin yaradılmasına dəstək prioritet seçilib.
Qeyd edək ki, Unibank ötən ildən həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
Unibank öz brend strategiyasının əsas istiqamətlərindən olan korporativ sosial məsuliyyət sahəsində ölkəmizin inkişafına, vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək olan vacib layihələrin həyata keçirilməsində yaxından iştirak etməkdə davam edir.
Unibank-Sənin Bankın!




Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR
Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ
Qızıl ucuzlaşdı - Yeni qiymətlər
"Qızıl top"un sahibi bəlli oldu
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
İnfantinodan "Sabah" – "Qarabağ" oyunu ilə bağlı paylaşım – FOTOLAR