UNO-lar, Xəzərdəki yadplanetlilər, nüvə müharibəsi və zəlzələlər - Rusiyalı ufoloqun ŞƏRHİ

UNO-lar, Xəzərdəki yadplanetlilər, nüvə müharibəsi və zəlzələlər - Rusiyalı ufoloqun ŞƏRHİUNO-lar, Xəzərdəki yadplanetlilər, nüvə müharibəsi və zəlzələlər - Rusiyalı ufoloqun ŞƏRHİ
Son həftələr dünyanın hər yerindən adi insanların, hətta hərbçilərin səmada seyr etdikləri naməlum uçan obyektlərlə bağlı xəbərlər gəlir. Hər şey ABŞ üzərində Çin şarından başladı, məhv edildikdən sonra bir çox dövlətlərin (Rumıniya, ABŞ, Fransa, Kanada, Uruqvay, Macarıstan və s.) hava məkanında uçan naməlum obyektlər (UNO) göründü. Onilliklər ərzində Xəzərdə də UNO-lar haqqında nəşrlər, şahid ifadələri var.
Rusiyada UNO Tədqiqatları üzrə Beynəlxalq İnformasiya Mərkəzinin direktoru Valeri Uvarov bununla bağlı Oxu.Az-a danışıb:
Onun sözlərinə görə, suyun altı - müşahidələri saxtalaşdırmağın mümkün olmadığı mühitdir və UNO-lar barədə məlumatlar da mütəmadi olaraq okeanların, dənizlərin və hətta göllərin olduğu müxtəlif bölgələrdən gəlir; "uçan boşqablar" suya enərkən, suya dalanda və ya suyun altından havaya qalxdıqda müşahidə olunub.
"Xəzərə gələndə isə - dəniz mühiti xarici müdaxilə riski olmadan müəyyən fəaliyyətlərin aparılması üçün çox əlverişlidir. Yad sivilizasiyaların keyfiyyətli işi insanların onları fərq edib-etməməsi ilə müəyyən edilir. Əgər biz UNO müşahidə edə bilmişiksə, bu o deməkdir ki, onların texniki problemləri var", - deyə mütəxəssis bildirib.
Onun sözlərinə görə, Xəzər regionunda - təkcə su altında deyil, həm də quruda çoxlu UNO müşahidəsi halları var.
"Arxivlərdə olan qeydlər onların orada elmi-texniki maraqlarının olduğunu göstərir. Xarici görünüşlərinə (yadplanetlilərin - red.), şahidlərin təsvirinə, gəmilərin konfiqurasiyasına görə - bunlar bizim yanımızda yaşayan Yerə paralel sivilizasiyanın nümayəndələridir. Onları ilk növbədə planetdəki enerji və ekoloji vəziyyət maraqlandırır.
Onlar müxtəlif mənfi amillərin, məsələn, nüvə partlayışı, kimyəvi çirklənmə və s. Yerə təsirini öyrənirlər, bunun mənfi nəticələrini (insanlar üçün görünməz şəkildə) minimuma endirməyə çalışırlar", - deyə Uvarov izah edib.
Qeyd edək ki, 2000-ci ildə, Bakıda güclü zəlzələdən əvvəl UNO-ların foto və videoları ilə çoxlu xəbərlər yayılmışdı. Türkiyədə baş verən son zəlzələdən əvvəl də insanlar səmada qəribə bir parıltı müşahidə edibilər.
Uvarov Türkiyədə zəlzələdən az əvvəl müşahidə olunan parıltıların həmin bölgədə havanın açıq-aşkar ionlaşması ilə əlaqədar olduğunu deyib.
"Bundan əlavə, insanlar gurultu eşidiblər və bundan sonra dəhşətli təkanlar olub. Bu, həmin zəlzələlərin süni olmasının birbaşa sübutudur. Onlar texniki vasitələrin köməyi ilə stimullaşdırılıb".
Ekspertin sözlərinə görə, Türkiyə və Azərbaycanı digərlərindən fərqləndirən mühüm xüsusiyyətləri var.
"Bu ərazilərdə enerji mənbələri var. Onları yad sivilizasiyalar yerləşdirirlər ki, onların vasitəsilə prosesləri müşahidə və idarə edə bilsinlər. Mümkün kritik hadisəyə gəldikdə, zəlzələ belə bir mənbənin məhv edilməsi şəklində idarəolunmaz nəticələrə səbəb ola bilərsə, o zaman UNO-lar meydana çıxar və bunun qarşısını almaq üçün müdaxilə edərlər. Bu birincisi. İkincisi, zəlzələ təkcə minlərlə qurbana deyil, daha dəhşətli bir şeyə səbəb ola bilərsə, onlar da müdaxilə edə, torpağın bu hissəsindən həddindən artıq gərginliyi aradan qaldıra bilərlər. UNO-ların ortaya çıxması da (o cümlədən 2000-ci ildə Bakıda - red.) bununla bağlıdır. Yeri gəlmişkən, onlar həmişə, məsələn, nüvə silahlarının daşındığı hərbi təlimlər zamanı ortaya çıxırlar", - deyə Uvarov sözlərini yekunlaşdırıb.
Nair Əliyev

Maraqlı       Tarix: 25 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber az xəbər.az xankendi xəbər