Uşaqlarda gecələr sidiyi saxlaya bilməmək - Enurezin səbəbləri, müalicəsi

Uşaqlarda gecələr sidiyi saxlaya bilməmək - Enurezin səbəbləri, müalicəsiEnurez uşaqlarda yataq islatma olaraq bilinir, tərif olaraq 5 yaşdan yuxarı bir uşağın ayda bir-iki dəfədən çox yuxu sırasında istəmədən sidik qaçırmasıdır. Bəzi uşaqlar gündüz oyaq olduqda belə sidik qaçırdırlar.
Milli.Az medicina.az-a istinadən bildirir ki, beş yaşındakı uşaqların 20%-i, 7 yaşındakı uşaqların 10%-i, yetkinlik dövründəkı uşaqların 1-2%-i enurez problemi yaşayırlar. Ancaq xəstələrin həkimə müraciəti bəzən gec olur. Bunun bir səbəbi uşaqlarda enurezin təbii qarşılanması, ailədəki digər enurezli fərdlər kimi bir yaşda düzələcəyinin düşünülməsidir. Digər bir səbəb uşağın və ailənin hadisəni utanc verici görməsidir. Gec həkimə müraciət etmə səbəbi ilə illərcə uşağın yatağı islatmasının yaratdığı müxtəlif problemlərlə yaşayırlar. Hətta bu psixoloji və sosial problemlər daimiləşərək, bir gün uşağın yataq islatması düzəlsə belə uzun müddət davam edir.
Enurezin səbəbləri
Enurezə səbəb olan tək bir faktor deyil, birdən çox faktor var. Sidik qaçırma problemi olan hər uşağın əvvəlcə sidik yolu infeksiyası, böyrək xəstəlikləri, sidik kisəsi ilə əlaqədar problemlər və ya uşaqlıq çağı diabet kimi müalicə edilməsi lazım olan başqa bir xəstəliyin varlığı baxımından qiymətləndirilməlidir. Bu səbəblə bu uşaqların mütləq pediatr qiymətləndirməlidir. Əksəriyyətlə hadisənin psixoloji olduğu düşünülərək psixiatr mütəxəssislərinə yönəlindiyində yuxarıda sayılan xəstəliklərin diaqnoz alması çətinləşir. Başqa bir xəstəlik olmadığından əmin olunduqdan sonra enrezin müalicəsinə keçirilir. Bu uşaqlardakı ən diqqətə çarpan problem uşağın yuxuda sidik kisəsi doluluğunu hiss etməməsi və tualetə getmək üzrə oyanamamasıdır. Gecə çıxarılan sidik miqdarının çox olması və ya sidik kisəsi ilə əlaqədar bəzi dəyişikliklər də bu uşaqlarda görüləm digər problemlərdir. Bunlardan hansılarının uşaqda mövcud olduğu uyğun diaqnoz üsulları istifadə edərək təyin etmək lazımdır. Hadisənin psixoloji olub-olmadığı da ailələri maraqlandıran bir mövzudur. Edilən işlər enurezli uşaqlardakı psixoloji təsirlənməsin sidik qaçırma probleminə ikinci olduğunu göstərmişdir.
İrsi ola bilərmi?
Bu vəziyyətin ailədən keçib keçmədiyi tez soruşulan bir sualdır. Bəzi xəstəliklərdə olduğu kimi birdən-birə genetik keçməməsiylə yanaşı, enurezli uşaqların ailələri araşdırıldığında 60-80% nisbətində sidik qaçırma əhvalatı olduğu görülmüşdür. Həm ana, həm atasından uşaqkən enurez problemi olan uşaqların təxminən 75%-də, yalnız bir valideyndə varsa, 40%-də enurez görülür.
Müalicəsi
Müalicəsi tək dərmanla mümkün deyil. Uşağın müalicəyə qoşulması, hiss etdiyi utanc və günahkarlıq hissinin məhv etməsi və bu problemdən xilas olmağı istəməsi təmin edilməlidir. Əsla uşaq bu problem səbəbi ilə cəzalandırılmamalıdır, düzəlmək üçün atdığı hər addım qiymətləndirilməlidir. Müalicədə əvvəlcə gündüz tualetə getmə vərdişi təşkil edilməlidir, sidik tutma vərdişi yaradılmalı, nizamlı sidiyə getməlidir. Yatmazdan əvvəl sulu qidaların məhdudlaşdırılması gecə oyanmalarını azaltmaq və müalicə müvəffəqiyyətini artırmaq baxımından lazımlıdır.
Müalicədə bu gün ən çox istifadə edilən üsul həyəcan müalicəsi ilə uşağın gecə sidik kisəsi dolulduğu hissi ilə oyanmasını öyrənməsini təmin edilməsindədir. Xəstə bu müalicə ilə ən az 3-6 ay nəzarət ediməldir, nizamlı idarələr əhəmiyyətlidir. Bunun yanında gecə sidik miqdarını azaltmağa istiqamətli dərmanlar istifadə edilməlidir.
Nəticə olaraq, sidik qaçırmanın gizlənəcək bir problem olmadığı, mütləq bu mövzuda təcrübəli həkimə müraciət edilməsidir, müalicədə uşaq, ailə və həkimin şüurlu və uyğun bir şəkildə işləməsi və uyğun müalicə və izlənməsi lazımdır.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 04 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo


yeni xeberler azerbaycan xeberleri son xeberler hava durumu son xeberler bu gun xeberler bugun 2026 cəbhədən son xeber