Xərçəngi 10 günə öldürən vitamin AÇIQLANDI

Xərçəngi 10 günə öldürən vitamin AÇIQLANDIBöyük Britaniya alimləri xərçəng xəstələri üçün yeni terapiya hazırlayır. Tədqiqat zamanı qan dövranına yeridildikdən sonra E vitamini ekstraktının demək olar ki, antitümör təsiri olduğunu müşahidə etmək mümkün olub. Sözün əsl mənasında 24 saatdan sonra xərçəng şişi kiçilməyə başlayır və on gündən sonra demək olar ki, tamamilə yoxa çıxır.
KONKERT.az Medicina.az-a istinadən xəbər verir ki, alimlər yalnız dəri xərçəngindən əziyyət çəkən xəstələrdə bunu sınayıblar. Lakin Qlazqo və Stratklid Universitetlərindən bir qrup tədqiqatçı əmindir ki, E vitamini ekstraktı digər xərçəng şişlərinə qarşı təsirli olacaq.
Bu vitamin orqanizmimizin xəstəliklərlə mübarizə aparması üçün lazımdır.
Taxıl çörəyi, bitki yağları, yaşıl tərəvəzlər və yumurta kimi qida məhsulları E ilə zəngindir. Vitamin E tərkibində sərbəst radikalların – pasın dəmiri yeydiyi kimi xəstəliyə səbəb olan molekulların fəaliyyətini maneə törətməklə bədənimizi xəstəliklərdən qoruyan antioksidanlar var. Lakin bu yaxınlarda alimləri E vitamininin tərkibində olan xüsusi komponent cəlb etdi – E vitamininin ekstraktı olan tokotrienol. O, xurma və kokos yağında, arpa və buğda rüşeymində bol tapılır.
Hələ 1990-cı illərin ortalarında elm adamları tokotrienolun xərçəng hüceyrələrinin böyüməsini boğmaq qabiliyyətini aşkar edən testlər aparıblar. Yüksək toksikliyi bu agentin tibbdə geniş istifadəsinə mane olub. Lakin alimlər bu problemin öhdəsindən gələ biliblər. Onlar yağdan hazırlanmış minlərlə mikroskopik baloncukların içərisinə E vitamini ekstraktı qoyublar.
Klinik sınaqlar zamanı məlum olub ki, tokotrienol artıq sağlam toxumalara təsir etmir, birbaşa xərçəng hüceyrələrinə qarşı "müharibəyə" gedir. / konkret.az

Sağlamlıq       Tarix: 08 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

Xərçəng xəstəsi ilə eyni evdə yaşamaq təhlükəlidirmi? – MÜHÜM AÇIQLAMA

Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə yayılan yanlış təsəvvürlərdən biri də onun yoluxucu olmasıdır. Halbuki xərçəng xəstəsi ilə eyni evdə yaşamaq, ünsiyyətdə olmaq, eyni qab-qacaqdan istifadə etmək və ya fiziki təmasd

Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ

Havanın temperaturunun dəyişməsi orqanizmin uyğunlaşma mexanizmlərinə təsir göstərməklə xüsusilə yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün müəyyən sağlamlıq riskləri yarada bilər. Belə hava şəraitind

Bazarlarda göbələk təhlükəsi: Bu əlamətləri görsəniz, almayın

Bazarlarda göbələk mövsümünün başlaması ilə bu məhsula tələbat artır. Lakin göbələk alarkən diqqətsizlik istehlakçıların sağlamlığı üçün ciddi təhlükə yaradır. Xüsusilə köhnəlmiş, düzgün saxlanılmamış və ya zəhərli növlərl

Kennedi ailəsinin gizli faciəsi: Gözəlliyi ilə kral ailəsini heyran edən Rozmariyə niyə "yox edildi"

1938-ci ilin mayında Londondakı Bukingem sarayının möhtəşəm bal zalında 20 yaşlı Rozmari Kennedi ağappaq, zərif libası ilə Böyük Britaniya kralı VI Georq və kraliça Elizabetin qarşısında baş əyərkən hamının diqqətini cəl

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Şirniyyat və kərə yağında gizli təhlükə? – Diqqətli olun

Palma yağı bizi zəhərləyir? Azərbaycanda bu yağın kərə yağı və şirniyyatların tərkibinə qatılması ilə bağlı müzakirələr səngimir. Bəs palma yağı həqiqətən təhlükəlidirmi, yoxsa əsas problem onun hansı formada istifadə olunmasındadır?

İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?

İranda qrip və COVID-19-a yoluxma hallarının artması, eləcə də ölüm faktlarının qeydə alınması regionda epidemioloji vəziyyətlə bağlı narahatlıq yaradıb. Bu fonda infeksiyaların Azərbaycanda yayılma riski, mövsümi xəstəlikləri

COVİD-in ən güclü ştammı Azərbaycanda da yayılıb?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın bəzi ölkələrində, eləcə də Avropada, ABŞ-da və Kanadada koronavirusun PJ 2.1 növü yayılıb. Bu ştamm soyuqdəymə və qrip simptomları ilə özünü göstərir. Bəs görəsən


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son məlumat meherremlik 2026 son xəbər qurban bayrami 2026