Uşaqlarda qurd xəstəlikləri bu səbəbdən baş verir
Qurd xəstəliklərinə daha çox azyaşlılarda rast gəlinir. Təmas yolu ilə yoluxa bilən xəstəlik dırnaqyemə, əllərin düzgün yuyulmaması və gigiyenik qaydalara riayət edilməməsi nəticəsində yaranır.
KONKRET.az BAKU.WS-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev həkim məsləhəti olmadan qurd əleyhinə bitki mənşəli dərmanlarla müalicənin düzgün olmadığını deyir:
"Hər hansı xəstəliyə dəqiq diaqnoz qoyulmadan başlanılan müalicələr xeyirdən çox ziyan verə bilər. Həkim icazəsi və nəzarəti olmadan qəbul edilən dərmanlar böyrək, qaraciyər, mədə-bağırsaq problemlərinə aparıb çıxara bilər".
Orqanizmdə qurdun olmasının bir çox əlamətləri var. Əksər hallarda qaşıntı, yuxusuzluq, ümumi narahatlıq, əsəbilik, qarın ağrıları, ürək bulanması ağızdan-ağıza su axması kimi hallarla müşahidə olunur.
Qurd xəstəliklərinin müalicəsində təbii üsullardan daha çox dərman müalicəsinə üstünlük verilməsinin vacibliyini önə çəkən mütəxəssis onu da bildirib ki, valideynlərdə hər hansı bir şübhə olan kimi mütləq şəkildə həkimə müraciət etmək lazımdır.
Qurd xəstəliklərinə barmaqarası baxmaq olmaz, çünki mərkəzi sinir sistemini zədələmək gücünə qadirdir. Qurd daxili orqanda ciddi problemlər yaradaraq uşağın əqli və fiziki inkişafına da təsir edə bilir.

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto