ÜST-nin regional direktoru: "Peyvəndlər insanların həyatını xilas edir"
Bir çox xəstəliyə qarşı istifadə olunan peyvəndlər insanların həyatını xilas edir. Pandemiya dövründə də koronavirus əleyhinə bir çox peyvənd istifadə olundu və yoluxma sayının azalmasına öz təsirini göstərmiş oldu.
KONKRET.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüge deyib.
ÜST-nin regional direktoru bildirib ki, COVID-19-a qarşı peyvəndlərin qlobal səviyyədə bütün şəxslər üçün istifadəsi əsas hədəflərdəndir: "İlkin səhiyyə xidmətlərinin xəstəxanadan kənar təsəvvür etmək çətindir. Lakin müəyyən xəstəliklərin əksər hissəsi ilkin tibbi yardım göstərilməklə aradan qaldırıla bilər. Təbii ki, insanlar ilkin xidmətlərə inamla yanaşmalıdır. Bu məqsədlə tibbi işçilərinin bacarıqlarını gücləndirmək vacibdir".
"Mən də Belçikada terapevt olaraq ilkin xidmətlər göstərmişəm. Mən bu işi çox sevirdim. Evlərə gedəndə insanlar məni dost kimi qəbul edib inanırdılar. Onu da qeyd edim ki, ilkin tibbi xidmət göstərdiyim tibb işçisi olaraq da əməkhaqqı yaxşı idi. İşimizin lazımı səviyyədə icrası üçün hər il yeni məlumatlandırıcı təlimlərdən keçirdik, hökumət lazımı ləvazimatlarla təchiz edirdi. Yəni bu iş üçün hərtərəfli dəstək mütləqdir"- Hans Klüge əlavə edib.//Trend
Turlar.az [newsid: 0-123300]

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto