ÜST payız fəsli üçün "buster" doza ilə bağlı tövsiyələr verdi
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) payız fəsli üçün "buster" doza ilə bağlı tövsiyələr verib.
ÜST-nin Azərbaycan Nümayəndəliyindən KONKRET.az-a verilən məlumata görə, COVID-19 vaksinasiyası ilə bağlı cari vəziyyət qurumun Avropa regionunda xəstəliyin mövcud və proqnozlaşdırılan epidemiologiyası və "Omikron" ştamına qarşı peyvəndin effektivliyinə dair sübutlara əsaslanaraq, İmmunlaşdırma üzrə Avropa Texniki Məsləhət Qrupu (ETAGE) üzv dövlətlərə yerli vaksinasiya strategiyasına uyğun olaraq müvafiq qrupların COVID-19 peyvəndinin ilkin 2 dozası və 1-ci "buster" dozasının qəbul edilməsi ilə bağlı səyləri gücləndirməyi tövsiyə edir.
Qeyd olunub ki, əlavə qorunmanı təmin etmək, ağır xəstələnmə, xəstəxanaya yerləşdirmə və COVID-19-dan ölüm riskini minimuma endirmək və səhiyyə xidmətlərinin davamlılığını maksimum dərəcədə artırmaq üçün ölkələr bu addımları atmalıdır.
5 yaşdan yuxarı orta və ağır immunçatışmazlığı olan şəxslərə və onların yaxın təmaslarına ikinci "buster" dozanın tətbiq edilməsi, yaşlılar, tibb işçiləri və hamilə qadınlar da daxil olmaqla, xüsusi risk qruplarına ikinci "buster" dozanın tətbiq edilməsi, mümkün olan hallarda COVID-19 və mövsümi qripə qarşı peyvəndlərin birgə tətbiqinin nəzərdən keçirilməsi tövsiyələr arasında yer alıb.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyi COVID-19 vaksinasiyasına dair ən son tövsiyələri yerli səhiyyə tərəfdaşları ilə bölüşüb.

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
"Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub
Ölkədə orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşıb
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
Qoyulan stend boğazımı çürütdü' - Kömək istədi
Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta