Üzümü bu qidalarla birgə yemək olmaz! – Diyetoloqdan XƏBƏRDARLIQ

Üzümü bu qidalarla birgə yemək olmaz! – Diyetoloqdan XƏBƏRDARLIQBəzi qida kombinasiyaları orqanizmə mənfi təsir göstərə bilir. Məsələn, bəzi mənbələr üzümün qovun və ya xiyar kimi qidalarla birlikdə yeyilməməsini diktə edir. Lakin bu fikrin heç bir əsası yoxdur.
Bunu "Sputnik" radiosuna müsahibəsində diyetoloq Anna Belousova deyib.
"Əslində kritik birləşmə üzüm və süd və ya fermentləşdirilmiş süd məhsullarıdır. Bu kombinasiya mədəsi sağlam olmayan bir adamda ishal yaradacaq.
Süd bir çox meyvə ilə birlikdə qəbul edildikdə problem yaradır. Üzüm isə bu baxımdan ən pis partnyordur. Harasa getməyi planlaşdıran biri bu iki qidanı eyni vaxtda yeməməlidir", – deyə mütəxəssis izah edib.
Ancaq Belousovanın fikrincə, hətta bu qaydanın da bir istisnası var: "Üzüm pendirlərlə yaxşı uyğunlaşır. Belə ki, pendir, üzüm və çərəzlərin birləşməsindən desertlər hazırlanır. Qafqazda suluquni və üzüm birlikdə verilir".
Mütəxəssis əlavə edib ki, qovun və xiyar bir ovuc üzümlə yeyilsə, heç bir mənfi nəticə verməyəcək:
"Bəzi diyetoloqlar bostan meyvələrini heç nə ilə birləşdirməyi məsləhət görmürlər. Əslində bu yanlışdır. Biz bilirik ki, bir çox cəmiyyətdə qovun müxtəlif qidalarla birgə təqdim olunur. Məsələn, Özbəkistanda qovun və üzüm həmişə birlikdə desert kimi verilir. Üzümü xiyarla da birgə yeyə bilərsiniz. Burada təhlükəli heç nə yoxdur".//Medicina.az / konkret.az

Sağlamlıq       Tarix: 29 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Vərəm xəstələrinə görüntülü zəng məcburiyyəti: NECƏ OLACAQ?

Vərəm xəstələrinin dərman qəbuluna nəzarət məqsədilə görüntülü zənglər vasitəsilə yoxlanılması bəzi pasiyentlərin narazılığına səbəb olub. Belə ki, evində internet olmayan, yaxud internet paketi almağa maddi imkanı çatmaya

"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur

Arıqlama iynələri, gəncləşmə vəd edən qida əlavələri və internet üzərindən satılan saxta dərmanlar… Əczaçılar son dövrlərdə sürətlə yayılan sağlamlıq təhlükələri ilə bağlı xəbərdarlıq ediblər. Xüsusilə nəzarətsiz istifad

Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar

Baş ağrısından tutmuş soyuqdəyməyə qədər bir çox insan narahatlıq hiss edən kimi dərmana üz tutur. Bəziləri həkim məsləhəti olmadan aptekdən aldığı preparatları günlərlə, hətta aylarla qəbul etsə də, gözlədiyi nəticəni əld

Qazaxıstanın ən yaşlı qadınının sirri nədə idi?

Qazaxıstanda respublikanın ən yaşlı qadını Tuymequl Temirbayeva vəfat edib. Onun 116 yaşı var idi. KONKRET.azoxuaz-a istinadən bildirir ki, bu barədə "Kazinform" nəşri Ulıtau vilayətinin administrasiyasına istinadə

Estetik əməliyyatlar dəbdədir, bəs niyə ayrıca ixtisas kimi tədris olunmur? – AÇIQLAMA

Azərbaycanda estetik əməliyyatlara tələbatın artmasına baxmayaraq, plastik və estetik cərrahiyyənin ayrıca ixtisas kimi tədris olunmaması müzakirə mövzusudur. Bəs bu sahədə ixtisaslaşmanın genişləndirilməsi nə dərəcədə vacibdi

COVİD-in ən güclü ştammı Azərbaycanda da yayılıb?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın bəzi ölkələrində, eləcə də Avropada, ABŞ-da və Kanadada koronavirusun PJ 2.1 növü yayılıb. Bu ştamm soyuqdəymə və qrip simptomları ilə özünü göstərir. Bəs görəsən

Azərbaycan səhiyyəsi qlobal reytində son sıralardadır

Azərbaycan səhiyyə xidmətlərinin səviyyəsinə görə 101 ölkə arasında 92-ci sırada qərarlaşıb. yenisabah-a istinadla xəbər verir ki, səhiyyə xidmətlərinin keyfiyyətinə dair hazırlanan reytinq siyahısında Azərbaycan 49 bal toplay

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

2027-ci ildən yeni mərhələ başlayır – 4 il davam edəcək

2027–2031-ci illərdə qida məhsulları allergenlərin müəyyən edilməsi üçün laborator müayinələrə cəlb olunacaq. Məhsulların üzərindəki etiket məlumatlarının laboratoriya nəticələrinə uyğunluğu da yoxlanılacaq. xəbər verir ki


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler bu gun bugünkü son xəbərlər valyuta mezennesi cəbhədən son xəbərlər