Vahid Ələkbərova sanksiya TƏTBİQ EDİLDİ

Vahid Ələkbərova sanksiya TƏTBİQ EDİLDİYeni Zelandiya Rusiyanın 75 vətəndaşını, o cümlədən "Lukoyl" şirkətinin keçmiş prezidenti və sabiq baş icraçı direktoru Vahid Ələkbərovu sanksiya tətbiq olunan şəxslərin siyahısına salıb.
KONKRET.azxəbər verir ki, bu barədə məlumatı BBC yayıb.
Bildirilib ki, Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaları genişləndirib. Sanksiya siyahısına Rusiyanın 75 vətəndaşı və iki şirkəti əlavə olunub. Onlardan 24-ü məmurdur. Rusiya rəsmiləri Ukrayna bölgələrinin ilhaqı ilə əlaqədar sanksiyaya məruz qalıblar.
Məlumata görə, siyahıya V.Ələkbərovla yanaşı "Qazprombank"ın İdarə Heyətinin sədri Andrey Akimov, "Vneşekonombank"ın sədri Sergey Qorkov, "Rosoboroneksport"un baş direktoru Aleksandr Mixeyev, "Novatek"in İdarə Heyətinin sədri Leonid Mixelson, "Norilsk Nikel"in prezidenti Vladimir Potanin və başqaları daxildir.
Yeni Zelandiyanın ticarət naziri Damien O"Konnor bildirib ki, aprel ayından Rusiya ilə bu ölkə arasında ticarət artıq əhəmiyyətli dərəcədə azalıb. Rusiyadan Yeni Zelendiyaya idxalata 75 faiz azalıb: "Bugünkü əlavə məhdudiyyətlər Rusiyaya verdiyimiz mesajı daha da gücləndirəcək. Biz Rusiya hərbi maşınını maliyyələşdirməyəcəyik və ya dəstəkləməyəcəyik".
Yeni Zelandiyanın xarici işlər naziri Nanaya Maxuta qeyd edib ki, sanksiya siyahısında olanlar arasında bu ölkə ilə əlaqələri olan "Evraz Group"un Direktorlar Şurasının rəhbəri Aleksandr Abramov da var. Nazirin sözlərinə görə, A.Abramov və onun ailə üzvlərinə Yeni Zelendiyaya səyahət qadağası qoyulacaq, onların təyyarə və gəmilərinin hava məkanımıza və limanlarımıza daxil olması qadağan ediləcək: "Sanksiyaların məqsədi günahsız yeni zelandiyalıları cəzalandırmaq deyil, Rusiyaya təzyiq göstərməkdir".//Report

Siyasi       Tarix: 11 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son durum ən son xəbərlər hava durumu bu gune olan xeberler