Vardanyanın Nobel Sülh Mükafatına namizədliyindən daha böyük absurd təsəvvür etmək olarmı? - Ukraynalı deputat

Vardanyanın Nobel Sülh Mükafatına namizədliyindən daha böyük absurd təsəvvür etmək olarmı? - Ukraynalı deputat"Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyindən daha böyük absurd təsəvvür etmək olarmı?".
KONKRET.az xəbər verir ki, bu sualı Ukrayna Ali Radasının deputatı Yuliya Yaçik öz Facebook səhifəsində istifadəçilərinə verib.
"Soruşursunuz, bu kimdir? Bu, Putin rejiminin bütün mahiyyətini təcəssüm etdirən fiqurlardan biridir. Milyardlar oğurladı, Putinin altına yıxıldı, Cənubi Qafqazda (Qarabağı nəzərdə tutur) separatizmi dəstəklədi, sivil dünyanı özünə qarşı çevirdi, sanksiyalara məruz qaldı, özünü təmizə çıxartmağa çalışdı, ancaq alınmadı… Sonra tutuldu, tanınmamış "DQR"in digər separatçıları ilə birgə məhkəmə qarşısına çıxarıldı", deyə o, qeyd edib.
Yaçik xatırladıb ki, 2019-cu ildə Avropa Parlamentinin 22 üzvü Vardanyanın "Kreml ortağı" kimi sanksiya siyahısına salınması təşəbbüsü ilə çıxış edib:
"2022-ci ildə ABŞ Konqresinin 46 üzvü Vardanyanı sanksiya siyahısına daxil edib. Elə həmin il Zelenskinin fərmanı ilə Vardanyan Ukraynanın sanksiyalar siyahısına salınıb. 2023-cü ildə Ukrayna Təhlükəsizlik Xidmətinin təşəbbüsü ilə o, "Mirotvorets" məlumat bazasına daxil edilib. Bütün bunlara baxmayaraq, Rusiya bu "sülhməramlı"nı təbliğ edir.
Bununla belə, Ukrayna, Latviya, Litva və Rumıniyadan olan 123 deputat Nobel Komitəsinə kollektiv məktub göndərib ki, Ruben Vardanyanın bu mükafata namizədliyi siyahıdan çıxarılsın. Ümid edirəm ki, sağlam düşüncə və ədalət qalib gələcək".
Qeyd edək ki, keçmiş Dağlıq Qarabağın sabiq "dövlət naziri", Putinin yaxın dostu Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyi ötən ilin aprelində bir sıra siyasi və ictimai xadimlər tərəfindən irəli sürülüb. Adları açıqlanmasa da, onların arasında Nobel Sülh Mükafatı laureatının da olduğu deyilir.
Yeri gəlmişkən, ötən il sentyabrın 27-də "Laçın" sərhəd-keçid məntəqəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbçilərinin sayıqlığı nəticəsində Azərbaycandan Ermənistana keçərkən, 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan saxlanılıb.
Hazırda digər separatçılarla birlikdə onun Bakıda məhkəməsi keçirilir.
Xatırladaq ki, antiterror tədbirlərindən sonra Vardayan Xankəndi şəhərinin mərkəzində poza verib Qarabağda kök salan separatçıları terror müharibəsinə çağırıb.
Belə çıxır ki, Qərbdə terrora çağırışlara görə insanlara Nobel Sülh Mükafatı verirlər. Onda digər terror təşkilatlarının liderləri də bu ada namizəd göstərilməlidir.
Vardanyanın Nobel Sülh Mükafatına namizədliyindən daha böyük absurd təsəvvür etmək olarmı? - Ukraynalı deputatGünel Mikayılova,
KONKRET.az

Siyasi       Tarix: 30 yanvar 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta xeber saytlari sonxeber xəbər