Varlanmaq istəyənlər üçün 10 kitab

Varlanmaq istəyənlər üçün 10 kitab Varlanmaq istəyənlər üçün 10 kitab
Dünyanın bir çox ölkələrində hazırda koronavirus pandemiyası ilə əlaqədar karantin tətbiq olunur, əməkdaşlar məsafəli iş rejiminə keçirilir, insanlarda əlavə boş vaxt yaranır ki, bunu da fayda ilə, məsələn, kitab oxumaqla keçirmək olar.
"Personal Finance Insider"in mütəxəssisləri şəxsi maliyyə üzrə ən yaxşı kitabların siyahısını hazırlayıblar:
"Zənginliyə doğru asan yol", C.L.Kollinz
Bu kitab maliyyə müstəqilliyinə nail olmağa imkan verən praktiki vəsaitdir. Kollinz kitabında qənaət və maliyyə sahəsində uğur əldə etmək üçün kifayət qədər sadə yollar təklif edir.
"Mən sizə necə varlanmağı öyrədəcəyəm", Ramit Sethi
Kitab oxuculara şəxsi maliyyəni altı həftə ərzində sahmana salmağa kömək edən əsl master-klasdır. O, ilk növbədə 20-35 yaş arasında olan şəxslər üçün nəzərdə tutulub.
"Düşün və varlan", Napoleon Hill
Kitab ilk dəfə 1937-ci ildə nəşr olunsa da, indiyədək aktuallığını saxlayır. Əsər həyatın, demək olar, bütün sahələrində uğur qazanmağa kömək edir.
"Müflis olmuş millenial" (Broke Millennial), Erin Louri
Erin Louri kitabında pulu müxtəlif məqsədlər üçün necə yığmaqdan yazır. Əsərin əsas ideyası ondan ibarətdir ki, hər məqsəd üçün ayrıca hesab açmaq və ora pul qoymaq lazımdır.
"Anan və atandan daha erkən pensiyaya çıx" (Retire Before Mom and Dad), Rob Berqer
Rob Berqer şəxsi maliyyə məsələləri üzrə məsləhətçidir. O, öz kitabında əsas gəlir mənbəyi əmək haqqı olan adi insanların maliyyə müstəqilliyini necə əldə edə biləcəyi barədə danışır.
"Avtomatik  milyoner", Devid Bax
Devid Baxın bu kitabı maliyyə təhlükəsizliyi üçün real vəsaitdir. Bax avtomatik qənaət etməyin zəruriliyi barədə ətraflı məlumat verərək bildirir ki, bu halda insanlar özlərini bir növ təhlükəsizlik balışı ilə təmin etmiş olurlar.
"Qadın səndən çox qazananda", Farnuş Torabi
İran əsilli amerikalı jurnalist Farnuş Torabi artıq bir neçə ildir ki, maliyyə savadlılığı haqqında kitablar yazır, oxuculara sərmayə qoyuluşu və şəxsi maliyyənin idarə olunması məsələlərini araşdırmağa kömək edir.
"Qadın və Pul" (Woman&Money) Syuzi Orman
Syuzi Orman karyerasına başlayan gənclər üçün məsləhətlər vermək üzrə ixtisaslaşmış maliyyə konsultantıdır. Orman  şəxsi maliyyəyə həsr olunmuş bir neçə kitabın müəllifidir.
"Maliyyə pəhrizi", Çelsi Faqan və Louren Ver Heyc
Bu kitab maliyyəni düzgün bölməkdən, eləcə də qənaət etməyə və bu zaman həyat keyfiyyətini pisləşdirməməyə imkan verən "maliyyə pəhrizinə" necə oturmaqdan danışır.
"Pul kisəsi, yoxsa həyat", Viki Robin
Viki Robin kitabında oxucuya maliyyə müstəqilliyini necə əldə etməyi öyrədir. Bundan əlavə, o, kisənizdə nə qədər pul olmağından asılı olmayaraq maddi cəhətdən yaxşı həyat sürmək barədə danışır. /oxu.az

Maraqlı       Tarix: 11 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam.az xeberler krimnal bugun xeberler bugun ensonxeberler