Vüqar Rəhimzadə: "Suriya-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyur

Vüqar Rəhimzadə: Bu gün "Hədəf" verilişinin qonağı olan Milli Məclisin deputatı Vüqar Rəhimzadə Suriya-Azərbaycan münasibətlərindən danışıb.
azxeber.com xəbər verir ki, deputat bildirib ki, Suriyanın həyatında yeni bir mərhələ başlayır. O qeyd edib ki, Suriya təkcə Yaxın Şərqdə deyil, ümumiyyətlə dünyada və regionda baş verən yeni çağırışlara adekvat yanaşma tərzi formalaşdırmaq və müasir dövrə uyğun siyasət yürütmək istiqamətində ciddi addımlar atır.
Vüqar Rəhimzadənin fikrincə, Bəşər Əsədin hakimiyyəti dövründə Suriyanın region ölkələri ilə münasibətləri arzuolunmaz səviyyəyə düşmüşdü və bu, bir sıra qarşıdurmalara səbəb olmuşdu. Yeni prezident Əhməd əş-Şaraanın hakimiyyətə gəlməsi isə Suriyanın xarici siyasətində ciddi dəyişikliklərə yol açıb. Müasir dünyanın çağırışlarına uyğun olaraq, ölkə siyasi kursunu yenidən müəyyənləşdirir.
Deputat Suriyanın dövlət başçısının Azərbaycana səfərini xüsusi önəm daşıyan, yaddaqalan və strateji əhəmiyyətli bir hadisə kimi qiymətləndirib. O vurğulayıb ki, Azərbaycanla Suriya arasında tarixi əlaqələr mövcuddur və bu münasibətlər, Bəşər Əsədin dövründə soyuq bir mərhələyə keçsə də, yeni rəhbərliklə birlikdə bərpa olunur.
"Suriyanın bərpa prosesində Azərbaycanın iştirakı məsələsi də müzakirə olunub. Bu istiqamətdə fikir mübadilələri aparılıb. Enerji sektorunda əməkdaşlıq imkanları yaranır və bu, gələcək münasibətlərin inkişafında mühüm rol oynayacaq," – deyə Vüqar Rəhimzadə bildirib.
O əlavə edib ki, Azərbaycan və Suriya arasında mədəni, ticarət, humanitar və digər sahələrdə də əməkdaşlıq perspektivləri mövcuddur. Bu münasibətlərin yaxın müddətdə daha da inkişaf edəcəyi gözlənilir.
Oksana Orucova

Siyasi       Tarix: 15 iyul 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı


yeni xeberler son xeberler azerbaycan xeberleri hava durumu azerbaycanda son xeberler xəbər.az cəbhədən ən son xəbərlər