Vüsal Qasımlı: Azərbaycanın pandemiya ilə mübarizə büdcəsi 3,5 milyard manat civarındadır
Pandemiya dövründə Azərbaycan manatı regionun digər valyutaları ilə müqayisədə daha sabit qalıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
V.Qasımlı bildirib ki, manatın sabitliyi 2019-cu ildə inqilabi islahatların nəticələrinin qorunması baxımından çox əhəmiyyətlidir. Bildiyiniz kimi, ötən il 4,2 milyon insanı əhatə edən sosial paket həyata keçirilib. Maaşlar, müavinatlar, sosial ödənişlər dəfələrlə artırılıb. Əgər bu il devalvasiya olsaydı, əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir edərdi:
"Azərbaycanda manatın sabitliyi devalvasiyaya imkan vermədi. Bu gün biz manatın effektiv məzənnəsinin bahalaşmasının şahidi oluruq, bu, son 5 ildə ən yüksək həddə çatıb".
İcraçı direktorun sözlərinə görə, Azərbaycanın pandemiya ilə mübarizə büdcəsi 3,5 milyard manat civarındadır, bu isə ümumi daxili məhsulun 4,3 faizini təşkil edir:
"Bu, kifayət qədər böyük vəsaitdir, bu rəqəmi digər ölkələrlə müqayisə etsək, görərik ki, Azərbaycan koronavirusla mübarizəyə böyük məbləğdə vəsait ayırıb. Bunun nəticəsidir ki, beynəlxalq təşkilatlar Azərbaycanı pandemiyadan daha az zərər görən ölkələr sırasına aid edirlər".
Milli.Az /news.milli.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar