Xalq olaraq milli məsələlərdə Prezidentimizin birmənalı yanında dayanmalıyıq' - Siyasi şərhçi

Xalq olaraq milli məsələlərdə Prezidentimizin birmənalı yanında dayanmalıyıq' - Siyasi şərhçi"Əvvəla, onu deyək ki, Azərbaycan Prezidenti çox yerində və zamanında düşünülmüş müsahibə verdi. Ölkə ictimaiyyətini düşündürən bir sıra suallara bu müsahibədə aydınlıq gətirildi, cavab verildi. Ali Baş Komandan bir daha qətiyyətini dünyaya göstərdi. Xüsusilə, "Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır" deməsi Azərbaycanın bu məsələdə qətiyyətinin bir daha nümayişi idi. Bu cümlədə Ermənistan, ən çox da cənub qonşumuz İran öz mesajını aldı. Bilirsiniz ki, Zəngəzur dəhlizinin açılmasını ən çox istəməyən region ölkəsi İrandır. Rəsmi Tehran hər vəchlə dəhlizin açılmasına mane olmağa çalışır. İran Zəngəzur dəhlizinin açılmasını heç zaman istəməyib. Bunun da ən çox iki səbəbi var".
Bu fikirləri azxeber.com-a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün yerli televiziya kanallarına müsahibəsinə münasibət bildirərkən deyib.
Xalq olaraq milli məsələlərdə Prezidentimizin birmənalı yanında dayanmalıyıq' - Siyasi şərhçiPoliitoloq Zəngəzur dəhlizinin açılmamasını istəyən iki qüvvənin - İran və Ermənistanın olduğunu açıqlayıb və bunun səbəblərini də izah edib:
"Birincisi, Naxçıvanın blokadadan çıxarılması Azərbaycanın ondan asılılığını sonlandırır ki, bu da İrana sərf etmir. İkincisi, Zəngəzur dəhlizi açılarsa, Rusiya Yaxın Şərqə çıxış əldə edəcək. Hazırda isə Rusiya bu məsələdə İrana möhtacdır. Cənub qonşumuz üzdə nə qədər Rusiyaya yaxınlığını göstərsə də, pərdəarxası həm də şimal qonşumuz amilinə görə Zəngəzur dəhlizinin açılmasını arzulamır. Amma istənilən halda bu məsələdə son söz sahibi Azərbaycandır və ölkəsinin də son sözünü Azərbaycan Ali Rəhbəri bütün dünyaya çatdırdı. İran hazırda çox çətin durumdadır. Uzun illərdir ki, bu ölkəyə sanksiyalar tətbiq olunur. Onun üçün də İranın dirənişi çox da uzun sürməyəcək. Yaxın illərdə Zəngəzur dəhlizi açılacaq. Bu məsələ indimi həll olunacaq, yaxud da qarşıdakı illərdəmi, bunu zaman göstərəcək. Hazırda Azərbaycanın qarşısında duran əsas məsələ irəli sürdüyü şərtlərlə Ermənistanla sülh müqaviləsinin əldə olunmasıdır ki, rəsmi Bakı ən çox bunun üzərində çalışır".
AĞ Partiya funksioneri Vətən müharibəmizdəki parlaq qələbəmizin 5 illiyinə ən böyük müjdənin sülh müqaviləsinin imzalanması ola biləcəyini də vurğulayıb:
"Bilirsiniz ki, bu ilin noyabrında II Qarabağ savaşındakı qələbəmizin 5 illiyi tamam olur. Hesab edirəm ki, bu şərəfli tariximizin ildönümü ilində sülh müqaviləsi imzalana bilər. Açığı bu məsələdə çox ümidliyəm. 2025-ci il Qarabağ məsələsinin tam olaraq, bitiş ili ola bilər. Zatən biz döyüş meydanında bu məsələni bitirmişik, qələbəmizi qazanmışıq, suverenliyimizi tam bərpa etmişik. Qalıb bunu diplomatik masaya yansıdıb birdəfəlik həll etmək. Onun üçün də son mərhələyə yaxınlaşmışıq. Artıq Ermənistan dalana dirənib. Bunu baş nazir Nikol Paşinyan da görməmiş deyil. Sadəcə onlar hər günə qənimət gözü ilə baxırlar. Bu günün isə birdəfəlik bitməsinə bəlkə də günlər, aylar qalıb. Amma bu gün 2025-ci ilin bir tarixə yazılacaq bir günündə bitəcək. Xalq olaraq, milli məsələlərimizdə Azərbaycan Ali Baş Komandanın birmənalı yanında dayanmalıyıq. Onsuz bu dəstək var və Dövlət Başçısı son müsahibəsində bunu ifadə etmiş oldu".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 09 yanvar 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Hikmət Hacıyev BƏƏ rəsmisi ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində dövlət naziri Səid bin Mübarək Əl-Haceri ilə görüşüb. xəbər verir ki, görüşdə Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı, ikitərəfl

Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi

20 sentyabr Azərbaycanın yaxın tarixində dövlətçilik baxımından mühüm əhəmiyyət daşıyan günlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si ölkəmizd

Avropa bu məsələdə bir araya gələ bilmir – Mübahisələr getdikcə dərinləşir

Almaniya və Avropa İttifaqının daha 4 ölkəsi Madridin pandemiya dövründən qalan borcların ödənilməsini təxirə salmaq və Aİ büdcəsini yüz milyardlarla avro artırmaq təklifinə qarşı çıxıb. xəbər verir ki, Aİ-də təxminən 2 trilyo

Azərbaycan XİN Çilini təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çilini Müstəqillik Günü münasibətilə təbrik edib. KONKRET.azxəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib. "Çilini və xalqını Müstəqillik Günü münasibətilə səmim

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür. xəbər verir ki, lokal xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahl

Trampı qəzəbləndirən ADDIM: Kanada Aİ-yə qoşulur?

Kanadanın Baş naziri Mark Karni Avropa Parlamentində çıxışı zamanı bildirib ki, ölkəsi Avropa İttifaqının (Aİ) Kanadaya "assosiativ üzv" statusu verilməsi ilə bağlı ambisiyalarını "alqışlayır". KONKRET.azxəbə

XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığını "özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski" iddiaları ilə əsaslandırmağ

1990-cı illərdən 2023-ə: Qarabağda suverenliyin bərpasına gedən yol – TƏHLİL

1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti nəticəsində ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi işğal olunub, yüz minlərlə Azərbaycan vətəndaş

"Polşa dövlətçiliyi iki-üç günə yox olacaq" - Rusiya hədə-qorxu gəldi

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya prezidenti Vladimir Putinin Moskvanın Avropa ilə müharibə aparmaq üçün heç bir əsasının olmadığı barədə sözlərinə qulaq asmır. KONKRET.azxəbər verir ki, bu barədə Rusiy


son xeberler azerbaycan xeberleri yeni xeberler gunun xeberleri en son xeberler bu gun sonxeber.az bugun xeberler